“Vətəndaş Cəmiyyəti“ təşviqat qrupu referendumla bağlı görüş keçirib
Tarix: 15.09.2016 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Referendum üzrə "Vətəndaş Cəmiyyəti" təşviqat qrupunun səlahiyyətli nümayəndələri Sabaildə seçicilərlə görüşdü.
Bu gün Bakının Səbail rayonunda Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndələri Səbail rayon seçiciləri ilə növbəti görüş keçiriblər.
Görüşdə bu ayın 26 sentyabrında ölkəmizdə keçiriləcək referendum və onun əhəmiyyəti barədə çıxışlar edilib, suallar cavablandırılıb. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Rufiz Qonaqov çıxışında Konstitusiyaya ediləcək dəyişiklikləri zəruri edən amillər, onun vacibliyi və əhəmiyyəti barədə çıxış edib. Rufiz Qonaqov çıxışında bildirib ki, dünyanın qabaqcıl ölkələrində zamanın tələbinə uyğun olaraq konstitusiya islahatları aparılır: "Dövlətin təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi və insan haqlarının müdafiəsinin gücləndirilməsi üçün hüquqi ishalatların aparılmasına ehtiyac var.
Dünyada və regionda cərəyan edən proseslər, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, bunun fonunda Azərbaycana olan diqqətin artması Konstitusiya islahatlarının aparılmasını zəruri edir. İnanıram ki, sentyabrıb 26-da keçiriləcək referendum Azərbaycanda yeni bir siyasi düzənin başlanğıcı olacaq və yeni iqtisadi tərəqqinin əsasını qoyacaq". Rufiz Qonaqov əminliklə qeyd edib ki, Referendum Azərbaycan xalqının iradəsini bir daha ortaya qoyacaq və ölkəmizin daha da güclü olması üçün xalq 26 sentyabrda səsvermədə aktib iştirak edəcək. "İrəli" İctimai Birliyinin sədri, Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Mirhəsən Seyidov çıxışında Azərbaycanda Konstitusiya islahatlarının tarixi və aparılan dəyişikliklərin məzmunu barədə iştirakçılara geniş məlumat verib. O, çıxışında qeyd edib ki, Konstitusiyaya ediləcək dəyişikliklərin böyük əksəriyyəti vətəndaşların hüquq və azadlıqlarının gücləndirilməsilə bağlıdır.
Həmçinin dövlətin təhlükəsizliyinin daha etibarlı şəkildə qorunması, iqtisadi inkişafın sabitliyinin saxlanılması, çevik idarəetmə aparatının yaradılması, struktur islahatlarının sürətləndirilməsi baxımından 26 sentyabrda keçiriləcək Referendum ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Odur ki, hər bir vətəndaş səsvermədə aktiv iştirak etməli, mövqeyini nümayiş etdirməlidir". Görüş çıxış və müzakirələrlə davam etdirilib. 




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info