Naxçıvan ən yüksək göstəricilərə nail olub
Tarix: 15.09.2016 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


2015-2016-cı tədris ilində IX siniflər üzrə buraxılış imtahanının nəticələrinə görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə birbaşa tabe olan və Naxçıvan şəhərində fəaliyyət göstərən məktəblər Azərbaycan Respublikasında ən yüksək nəticə əldə edərək birinci yerə çıxıb.(AZƏRTAC)
Bu il iyunun 11-də Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin IX və XI siniflərini bitirən məzunların buraxılış imtahanlarının nəticələri muxtar respublikada təhsil sahəsinin sürətlə inkişaf etdiyini bir daha göstərib. IX siniflərin buraxılış imtahanında Naxçıvan şəhər ümumtəhsil məktəblərindən 914, Şərur rayonundan 748, Babək rayonundan 632, Ordubad rayonundan 437, Culfa rayonundan 401, Şahbuz rayonundan 157, Kəngərli rayonundan 222, Sədərək rayonundan 99 nəfər olmaqla, ümumilikdə, 3610 nəfərin iştirakı təmin olunub. Əvvəlki illə müqayisədə buraxılış imtahanının keyfiyyət göstəriciləri ilk baxışda diqqəti cəlb edir. Belə ki, Naxçıvan şəhəri və Təhsil Nazirliyinə birbaşa tabe olan məktəblər üzrə ötən il keyfiyyət göstəricisi 80,32 faiz olubsa, cari ildə bu rəqəm 84,55 faiz təşkil edib.
Muxtar respublikanın rayonlarında da keyfiyyət göstəriciləri yüksələn xətlə müşahidə olunur. Belə ki, Şərur rayonu üzrə ötən il 74,60 faiz, cari ildə 76,47 faiz, Babək rayonu üzrə ötən il 62,03 faiz, cari ildə 70,61 faiz, Ordubad rayonu üzrə ötən il 64,93 faiz, cari ildə 67,96 faiz, Culfa rayonu üzrə ötən il 62,35 faiz, cari ildə 71,01 faiz, Şahbuz rayonu üzrə ötən il 69,66 faiz, bu il 78,34 faiz, Kəngərli rayonu üzrə ötən il 60,47 faiz, cari ildə 72,07 faiz, Sədərək rayonu üzrə ötən il 65,46 faiz, cari ildə 68,69 faiz keyfiyyət göstəricisi qeydə alınıb.
Qazanılan uğurların təməlində duran əsas amil muxtar respublikada dövlətin təhsilə, təhsil işçilərinə göstərdiyi yüksək qayğıdır. Belə ki, son 20 ildə muxtar respublikada 200-dən çox təhsil müəssisəsi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bütün təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, məktəblər ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilib. Bu da muxtar respublikada təhsil sahəsində nailiyyətlərin ilbəil artmasına stimul olub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info