Aydın İsmiyev: “Prezidentin sərəncamındakı məsələlərin həyata keçirilməsi ilə bir çox problemlər öz həllini tapacaq“
Tarix: 15.09.2016 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Ruslan Quliyev: “Sağlıq turizmi Azərbaycanda perspektivi və imkanları geniş olan bir istiqamətdir. Çünki bu sahədə mövsümilik anlayışı yoxdur”

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının toplantısı keçirilib. Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş tədbirdə qurumun rəhbəri Ruslan Quliyev çıxış edərək bildirib ki, ölkəmizdə son illər turizm sənayesinin inkişafı istiqamətində atılan addımlar artıq öz bəhrəsini verir. Onun sözlərinə görə, ölkə rəhbəri tərəfindən imzalanan fərman və sərəncamlar ən azı yaxın 10 il ərzində turizm sahəsinin inkişafında yol xəritəsini müəyyənləşdirməyə imkan verəcək.
Assosiasiya rəhbəri diqqətə çatdırıb ki, sağlıq turizmi Azərbaycanda perspektivi və imkanları geniş olan bir istiqamətdir. Çünki bu sahədə mövsümilik anlayışı yoxdur. Rəhbərlik etdiyi təşkilata ölkədə fəaliyyət göstərən ən böyük sanatoriyaların üzv olduğunu qeyd edən Ruslan Quliyev onların heç birinin bir-birinə rəqib olmadığını da diqqətə çatdırıb: "Bu müəssisələrin hər birinin öz müalicə vasitəsi mövcuddur ki, bu da bizə onları müxtəlif beynəlxalq tədbirlərdə, sərgilərdə çox rahatlıqla təbliğ etməyə imkan verir. Eyni zamanda bu faktın özü bir daha sübut edir ki, Azərbaycan sağlamlıq turizmi sahəsində nə qədər böyük imkanlara malikdir".
Ruslan Quliyev onu da bildirib ki, assosiasiya üzvlərindən heç bir üzvlük haqqı tələb olunmur. Çünki bu qurumun yaradılmasında əsas məqsəd Azərbaycanda sağlamlıq turizmini bəlli bir formada inkişaf etdirmək və dünya bazarında təbliğ etməkdir.
Tədbirdə daha sonra Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının son bir il ərzində iştirak etdiyi tədbirlərin, gördüyü işlərin qısa xronikasını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirə qonaq qismində qatılan Türkiyədə fəaliyyət göstərən "Nobel" tibb mərkəzinin müdiri Turgay Sehil deyib ki, son 20 ildə dünyada sağlıq turizmi sahəsində çox böyük inkişaf müşahidə olunub. 1995-ci ildə bu sahədə 50 milyard dollar gəlir əldə edilmişdisə, 2015-ci ildə bu rəqəm 400 milyard olub. 2024-cü ilə qədər isə 600-700 milyard dollar mənfəət əldə olunacağı proqnozlaşdırılır: "Sağlıq turizmi insanların ömürlərini uzadır, onlara sağlamlıq bəxş edir. Bu səbəbdən də adıçəkilən sahəyə maraq ildən-ilə artır. Mən Almaniya təcrübəsindən danışmaq istəyirəm. Bu ölkə il ərzində 20 milyon xarici ölkəyə müalicə məqsədilə turist göndərirsə, 110 milyon nəfəri də eyni məqsədlə qəbul edir. Etiraf edim ki, Türkiyə ümumən turizm sahəsində çox böyük dividentlər əldə etsə də, sağlıq turizmi sahəsində istənilən nəticəni qazana bilməyib. Ona görə də hər iki ölkədə - həm Azərbaycanda, həm də Türkiyədə bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların birləşib dövlət qurumlarından birinin nəzarəti altında fəaliyyət göstərməsi vacibdir".
"Chinar Hotel & Spa Naftalan" kompleksinin baş həkimi Çingiz Hacıyev qeyd edib ki, müalicə turizmi sahəsində istənilən nəticəni əldə etmək üçün qarşıya konkret məqsəd qoyulmalı və koordinasiya mərkəzi yaradılmalıdır. Baş həkim Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının bu mərkəzin işini görə biləcəyini də deyib.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, turizm sənayesinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu istiqamətdə aparılan islahatlar son illər daha da intensiv xarakter alıb: "Dövlət başçısının sentyabrın 1-də imzaladığı sərəncam respublikamızda turizmin inkişafına yeni təkan verəcək. Bu sənəddə Turizm Şurasının yaradılması, turizm sahəsinin müasir tələblər baxımından yenidən qurulması, ölkənin turizm potensialının təşviqi kimi mühüm məsələlər öz əksini tapıb ki, bunun həyata keçirilməsi ilə də bir çox problemlər öz həllini tapacaq". Nazirlik rəsmisi deyib ki, təmsil etdiyi qurum turizm sahəsində fəaliyyət göstərən bütün ictimai təşkilatların işinə kömək etməyə hazırdır.
Toplantıda daha sonra assosiasiyanın üzvlərinə 2018-ci ilə qədər üzvlük vəsiqələri təqdim edilib. Ruslan Quliyev sanatoriya və kurort müəssisələrinin rəhbərlərinə öz təkliflərini yazıb göndərməyi xahiş edib və onların əsasında AHISTA-nın fəaliyyət planının müəyyənləşdiriləcəyini diqqətə çatdırıb.


Nigar Abdullayeva











 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info