“Elmlər Akademiyası”nın birinci girişi istifadəyə verildi
Tarix: 15.09.2016 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


"Elmlər Akademiyası" stansiyasının birinci girişi təmirdən sonra istifadəyə verilib. Metropolitenin mətbuat xidmətindən bildirilib ki, uzun illər stansiyanın bir giriş-çıxışının olması, burada gur saatlarda sərnişin sıxlığının yaranmasına səbəb olurdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2011-ci il 18 mart tarixli Sərəncamla təsdiq olunmuş "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, 2015-ci il dekabrın 28-də stansiyanın ikinci giriş-çıxışı istifadəyə verildi. Qeyd edək ki, yenidənqurma işləri zamanı stansiyanın özəlliyi,eksteryer və interyerinin ilkin layihə görkəmi saxlanılmaqla, stansiya müasir standartlar səviyyəsinə çatdırılıb. 2016-cı il aprel ayının 15-də başlanan təmir işləri dövründə stansiyanın istismar müddəti başa çatmış ET tipli 3 eskalatoru Almaniyanın "Thyssen Krupp" şirkətinin istehsalı olan və dərin özüllü stansiyalar üçün nəzərdə tutulan "Viktoriya" tipli yeni, müasir, daha qənaətcil və səmərəli analoqları ilə əvəzlənib. Eskalatorların yeniləndiyi müddətdə stansiyanın əsas giriş-çıxışı bağlandığı üçün vestibüldə, stansiya üzərində yerləşən binada və yaxınlıqdakı ərazidə də müvafiq təmir-tikinti, yeniləşmə və bərpa işləri aparılıb. Stansiyanın giriş və çıxış qapıları daha müasir və rahat analoqları ilə əvəzlənib, qapıüstü şəbəkə cərgəsi dəyişdirilib. Qapılar paslanmayan metaldan hazırlanıb, şüşələri isə temperli laminatdan üzlənib və zərbəyə davamlıdır. Vestibüldə aptek köşkü və "Lalələr" gül pavilyonu fəaliyyət göstərəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
13.11.2018
Oktyabrda bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma qeydə alınıb
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info