Azərbaycanla Ukrayna əmək və sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Tarix: 15.09.2016 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüş olub.
 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov respublikada əmək və sosial müdafiə sistemində şəffaflığın təmin edilməsi, səmərəli iş üsullarının tətbiqi, bu məqsədlə idarəetmə və xidmətlər sisteminin avtomatlaşdırılması sahəsində görülən işlər barədə məlumat verib. O, Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış iş və xidmət sistemlərinin mütərəqqi təcrübə nümunələri kimi BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilərək, dünyada təbliğ olunduğunu qeyd edib. 
 
Fəaliyyət sahələrində aparılan islahatlarda beynəlxalq əməkdaşlıq şəraitində təcrübə mübadilələrinə xüsusi önəm verildiyini vurğulayan S.Müslümov eyni zamanda Ukrayna ilə əlaqələrin müsbət nəticələrinin olduğunu diqqətə çatdırıb: “Ötən dövrdə Ukrayna ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa, habelə təqaüd, hərbi qulluqçuların, onların ailə üzvlərinin pensiya təminatına, hərbi qulluqçuların dövlət məcburi şəxsi sığortasına və s. dair müvafiq sazişlər əsasında əməkdaşlıq əlaqələri həyata keçirilib. Eləcə də Azərbaycanda müvəqqəti işləyən Ukrayna və Ukraynada müvəqqəti işləyən Azərbaycan vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında saziş mühüm önəm kəsb edir. Əməkdaşlıq əlaqələri həmçinin əlilliyi olan şəxslərin ixtisaslaşmış bərpa müalicəsinin təşkili sahəsini də əhatə edib. Beynəlxalq təşkilatlarda, o cümlədən BMT-nin və Avropa Şurasının sosial sahələrlə bağlı struktur bölmələrində, Beynəlxalq Əmək Təşkilatında, MDB-nin İcraiyyə Komitəsinin sosial məsələlər üzrə dövlətlərarası işçi qruplarında, MDB-nin iştirakçı dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasında qarşılıqlı maraq doğuran məsələlər üzrə fəal əməkdaşlıq mövcuddur. Ukraynanın aidiyyəti nazirliyi ilə əmək, məşğulluq, əhalinin sosial müdafiəsi, əmək miqrasiyası, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, peşə təlimi ilə bağlı modul proqramlarının hazırlanması üzrə yerli kadr potensialının möhkəmləndirilməsi, əlilliyin müəyyən olunması və bərpa müalicəsi sisteminin təkmilləşdirilməsi, digər müvafiq sahələrdə də təcrübə, informasiya və mütəxəssislər mübadiləsi aparılır”.
 
Nazir iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu bildirib: “Ukraynanın sosial siyasət naziri Andrey Revanın yaxın vaxtlarda ölkəmizə nəzərdə tutulan səfəri hesab edirəm ki, bu istiqamətdə növbəti addımların atılmasına imkan yaradacaq. Səfər çərçivəsində  əmək, məşğulluq və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı aparılacaq müzakirələr, əldə ediləcək razılaşma  hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da fəallaşmasına və yeni mərhələyə yüksəlməsinə səbəb olacaq. Ukrayna ilə əmək, məşğulluq və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya  sahəsində əməkdaşlığın inkişafı üçün ötən müddətdə əldə olunmuş uğurlu əməkdaşlıq təcrübəsi bizə imkan yaradacaq ki, qarşıdakı dövrdə də həmin sahələrdə hər iki tərəf üçün faydalı olan əlaqələri inkişaf etdirək”.    
 
A.Mişenko Azərbaycanda əhalinin etibarlı sosial müdafiə sistemi ilə təmin edilməsi istiqamətində görülən işləri, qazanılmış müsbət nəticələri maraqla izlədiklərini və iki ölkə arasında əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığın səviyyəsinin məmnunluq doğurduğunu ifadə edib. Ukrayna səfiri ölkəsinin sosial siyasət nazirinin cari ilin oktyabr ayında Azərbaycana planlaşdırılan səfərinin detalları barədə məlumat verərək, bu səfərin ölkələrimizin müvafiq sahələrdə əməkdaşlığın genişlənməsinə xidmət edəcəyini vurğulayıb. 
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info