MSK  kompyuter mütəxəssisləri üçün seminarlara başlayıb
Tarix: 15.09.2016 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar irimiqyaslı layihələr davam etdirilir.
Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 15-dən etibarən dairə seçki komissiyalarının kompyuter mütəxəssisləri üçün seminarlara başlayıb.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompyuter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin daha da təkmilləşdirilmiş imkanları barədə praktiki məlumat vermək, onlara əyani şəkildə istifadə imkanı yaratmaq, o cümlədən mütəxəssisləri maraqlandıran məsələlərə yerindəcə aydınlıq gətirməkdir. Seminarlar çərçivəsində səsvermə günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış xüsusi proqram modullarından test rejimində istifadə ediləcək ki, bu da kompyuter mütəxəssislərinin praktiki biliklərini və iş təcrübələrini daha da artıracaq və səsvermə günü sözügedən sistemdən peşəkarcasına istifadəni təmin edəcək.
Ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar Mərkəzi Seçki Komissiyasının son maarifləndirmə layihələrindən olan dairə seçki komissiyalarının kompyuter mütəxəssisləri üçün seminarların 3 gün davam etməsi və sentyabrın 17-də başa çatması nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info