Ağdaşda 4 yeni məktəb istifadəyə verilib
Tarix: 15.09.2016 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


“Bilik günü”ndə Ağdaş rayonunun 4 kəndində müasir məktəb binaları istifadəyə verilib.
Rayonun Tofiqi kəndində 220 şagird, Qulbəndə və Qarağanşıxlar kəndlərində 180 şagird, Ərəbşəki kəndində isə 80 şagird yerlik yeni tədris binaları qapılarını müəllim və şagirdlərin üzünə açıb. Bütün tədris müəssisələrinin sinif otaqlarında, fənn kabineti və laboratoriyalarında, kompyuter mərkəzlərində, idman zallarında yüksək təhsil üçün hər cür şərait yaradılıb.
Təhsil ocaqlarında qazanxana, transformator yarımstansiyası da quraşdırılıb. Binaların ətrafında abadlıq işləri aparılıb, futbol, basketbol, voleybol meydançaları salınıb.
Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova və rayon təhsil şöbəsinin müdir müavini Hürü Əliyeva pedaqoji kollektivi təbrik edib, ötən 10 ildə rayonda 10 yeni tədris ocağının tikildiyini, 7 məktəb binasının əsaslı təmir olunduğunu vurğulayıblar. Bildirilib ki, 4 yeni məktəbdə daha 880 şagirdin təhsil şəraiti yaxşılaşacaq.
Müəllim və valideynlər dövlətin qayğısından razılıqlarını bildirib, şagirdlər istedadlarını nümayiş etdiriblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info