İlin sonunda Sumqayıt Kimya Sənaye Parkında 2 yarımstansiya istifadəyə veriləcək
Tarix: 15.09.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Hazırda Sumqayıt Kimya Sənaye Parkında istehsal müəssisələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı istiqamətində işlər aparılır. Belə ki, istehsal müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində 110/35/6.3 kV-luq 2 yarımstansiya fəaliyyət göstərəcək. Hazırda yarımstansiyada avadanlıqların quraşdırılması işləri aparılır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarımstansiyanın 2016-cı ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Sənaye Parkında digər yarımstansiyanın tikintisinə isə yaxın vaxtlarda başlanacaq. Yarımstansiyalarda 8 transformator quraşdırılacaq. Bundan başqa, hər iki yarımstansiya arasında əlaqə yaradılacaq ki, bu da dayanıqlı enerji təchizatını təmin edəcək.
Müasir sənaye parkları konsepsiyasına uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkının kommunikasiya xətləri, o cümlədən daxili elektrik verilişi xətləri yeraltı texniki qalereya vasitəsi ilə çəkilir.
Sumqayıt Kimya Sənaye Parkının hazırda 9 rezidenti var. Sənaye Parkında rezidentlər üçün bir sıra güzəştlər tətbiq edilir. Bununla yanaşı, SKSP rezidentlərə texniki infrastrukturun təchizatı baxımından müasir yanaşma təklif edir, zəruri infrastruktur şəbəkəsinə dərhal qoşulmaq imkanı yaradılır.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info