Səbail rayonunun 118 məzunu xaricdə təhsil alacaq
Tarix: 15.09.2016 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


15 sentyabr - «Bilik günü» ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunub. Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılıb, ilk dərs günü 16 orta məktəbdə dərslərə başlanıb.
Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbdə keçirilən tədbirdə Bu ilki birinciləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan məktəbin direktoru Xanlar İmaməliyev məktəb kollektivinin qazandığı uğurlardan danışıb, bu il ilk dəfə məktəbə gələn birinciləri təbrik edib. Qeyd olunub ki, məktəb 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub, bu gün 2050 nəfər təhsil alır. Bu il 273 uşaq 1-ci sinfə gəlib. Keçən tədris ilində 171 nəfər məzun məktəbi bitirib, onlardan 92 nəfər müxtəlif ali məktəblərə qəbul olublar. məzunlardan 23 nəfəri 500-dən, 5 nəfəri 600-dən 2 nəfəri isə 650-dən çox bal toplayıblar. 9 məzun xaricdə təhsil alacaq.
Səbail RİHBA şöbə müdirinin müavini İsrafil Kərimov məktəb kollektivini, şagirdlər və onların valideynlərini «Bilik günü» münasibəti ilə təbrik edərək bildirib ki, ölkə başçısı İlham Əliyevin təhsilə olan diqqət və qayğısının nəticəsidir ki, ölkədə yüzlərlə yeni məktəblər tikilmiş, köhnələri əsaslı təmir olunaraq bütün lazımi avadanlıq və vəsaitlərlə təchiz olunublar. Bu da özünü təhsilin keyfiyyətinin artmasında göstərib. Keçən tədris ilində rayonun orta məktəblərini 1462 nəfər bitirib, onlardan 1023 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 173 nəfəri 500-dən yuxarı, 79 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplayıb, 118 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunublar. Təhsil ilinin yekununa görə, Səbail rayonu üzrə 8 məzun qızıl və 1 məzun gümüş medala layiq görülüb.
Sonda məktəblərin hazırladığı bədii kompozisiya nümayiş etdirilib, birincilər məktəb zəngi sədaları altında müəllimlərin müşayiəti ilə siniflərə yollanıblar.
Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə də yeni dərs ilinin başlanğıcı münasibəti ilə tədbir keçirilib. Tədbirdə çıxış edən 239 saylı orta məktəbin direktoru, Əməkdar müəllim Sədaqət Əzimova bildirib ki, keçən tədris ilində məktəbi bitirmiş 85 məzunun 53 nəfəri yüksək bal toplayaraq ali məktəblərə qəbul olublar. Onlardan 14-ü 500-dən, 5-i 600-dən, 1-i isə 650-dən çox bal toplayıblar. 3 məzun xaricdə təhsil alacaq.
Məktəb yeni tədris ilinə tam hazır vəziyyətdədir. Sinif otaqları və fənn kabinetləri lazımi vəsaitlərlə təmin olunublar. Bu il 85 uşaq birinci sinfə gedəcək. Sədaqət Əzimova şagirdləri və məktəb kollektvini «Bilik günü» münasibəti ilə təbrik edib.
«Bilik günü»nə həsr olunan tədbirlərdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Coşqun Cəbrayılov məktəblərin kollektivlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Qeyd olunub ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.
Məktəblərin şagirdlərinin hazırladığı bədii kompozisiya, mahnı və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub. Daha sonra birincilər məktəb zəngi səsləndikdən sonra yuxarı sinif şagirdlərinin müşayiəti ilə öz sinif otaqlarına aparılıblar. Valideynlər və qonaqlar məktəbin yeni dərs ilinə hazırlığını yüksək qiymətləndiriblər. Ənənəvi «Bilik günü» tədbirləri rayonun digər məktəblərində də keçib, bu tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Nigar











 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info