Almaniyanın yoxsul bölgələrində gənclərin çoxu məktəbi yarımçıq tərk edir
Tarix: 16.09.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Bu gün bir sıra ölkələrdə uşaqların təhsili ilə bağlı problem hələ də qalmaqdadır. Belə ki, həm yoxsulluq, həm də məktəblərin olmaması kimi amillər bir çox uşaqların məktəbə getməsinə imkan vermir. Hətta inkişaf etmiş ölkələrdə belə, təhsillə bağlı problemlər özünü göstərməkdədir. Bu gün Almaniyada uşaqlar təhsillə bağlı problem yaşamaqdadırlar.

Tək valideynlər
kasıblıq sıxıntısındadır

Uşağını tək böyüdən ana, ya da atalar, valideynlərin birlikdə yaşadığı ailələrə nisbətən daha böyük bir kasıblıq təhdidi altındadırlar. Aparılan araşdırmaya görə, Almaniyada uşağını tək böyüdən ana ya da ataların üçdə biri (37,6 faiz) Hartz IV köməyi sayəsində həyatını davam etdirə bilirlər. Bertelsmann Fondu tərəfindən həyata keçirilən bir araşdırma Almaniyada birlikdə yaşamayan və uşaq, ya da uşaqlarını təkbaşına böyüdən ana və ataların ciddi bir kasıblıq içində olduqlarını ortaya çıxarıb. Bu valideynlər birlikdə yaşayan valideynlərə nisbətən yeddiqat çox sosial yardım alırlar. Bu da ortaya "kasıb uşaqlar" problemini çıxarır. Araşdırmaya görə, Hartz IV köməyi almaqda olan hər iki uşaqdan biri tək ana, ya da atasıyla birlikdə yaşamaqdadır.

Tənha valideynlərin
42 faizi sosial yardıma möhtacdır

Beləliklə, bu gün Almaniyada uşağını təkbaşına böyüdən insanların sayı sürətlə artır. Aparılan son araşdırmalara görə, hər beş ailədən birində uşaq tək ana, ya da ata tərəfindən böyüdülməkdədir. Bu gün etibarilə uşağını tək böyüdən valideynlərin 42 faizi dolanışıqlarını davam etdirə bilmək üçün sosial yardımlara möhtac vəziyyətdədir. Bu 2005-ci illə müqayisədə 6,6 faiz bir artım deməkdir.
Almaniyada ümumi gəliri orta gəlir səviyyəsinin 60 faizindən aşağı olanlar kasıblıq həddindən aşağı sayılır. Araşdırmaya görə, bir uşağı olan tək valideyn üçün kasıblıq həddi bu gün 1150 avro səviyyəsindədir. Təkbaşına uşaq böyüdən valideynlərin əksinə, birlikdə uşaq böyüdən ailələrin kasıblıq nisbəti isə 11,7 faiz nisbətində azalıb. Bunun səbəbi isə son illərdə uşaqlı ailələrlə bağlı aparılan islahatlardır.

Yalnız 25 faiz aliment alır
Uşağını təkbaşına böyüdən valideynlərin təxminən yarısı digər valideynlərdən hər hansı dəstək və ya aliment almadan uşağını böyütməyə çalışır. Bu valideynlərin 25 faizi az, ya da çox, nizamlı, ya da nizamsız də olsa, bir aliment dəstəyi alır. Aliment ödəmək məcburiyyətində olan valideyn bu maddi gücünün olmadığı halda, dövlət buna müdaxilə edir ki, ancaq dövlət yalnız 6 il boyunca və uşaq 12 yaşdan kiçikdirsə aliment ödəyir. Bütün bu çətinliklər isə uşaqların təhsili ilə bağlı problemlərə yol açır.

Yoxsulluq uşaqların məktəbi
yarımçıq qoymasına səbəb olur

Mərkəzi Kölndə olan Alman İqtisadiyyatı İnstitutunun (IW) araşdırmasına görə, Almaniyada yüksək yoxsulluq nisbətinə malik bölgələrdə gənclərin çoxu məktəbi yarımçıq tərk edir. Regional yaşayış xərcləri nəzərə alaraq, Almaniyadakı uşaq və gənclərin 19 faizinin yoxsulluq riski altında olduğu qəbul edilir. Bu da uşaq və gənclərin ailələrinin gəlirinin orta gəlirdən 60 faizdən daha az olduğunu göstərir. Yoxsulluq faizi Almaniyanın şərqindəki bəzi bölgələrdə daha yüksəkdir. Bu nisbət Leipzigdə təxminən 28, Saksoniya Anhaltda 32 faiz səviyyəsində müəyyənləşdirilib. Eyni zamanda, Leipzigdə gənclərin məktəbi yarımçıq qoyma nisbəti 12 və Saksoniya Anhaltda 11 faiz səviyyəsində olduğu halda bu nisbət ölkənin ümumilikdə təxminən iki qatı olaraq qeyd edilib.
Oxşar vəziyyət Gelsenkirchen şəhərində də müşahidə edilir. Burada yoxsulluq həddindən aşağı olanların nisbəti 39 faiz və məktəbdən erkən ayrılma nisbəti də 11 faiz səviyyəsində təsbit edilib. Orta Frankonya bölgəsində isə yoxsulluq riski 7 faizdən aşağı və məktəbi yarımçıq tərk edənlərin nisbəti də 3 faiz səviyyəsindədir. Araşdırmaçı Wido Geis bildirib ki, uşaqların çətin şəraitlərdə böyümələri onların məktəblə bağlı uğurlarına mənfi təsir edir. Bəzi araşdırmalar bu vəziyyətin ailənin əldə etdiyi gəlirin aşağı olmasından deyil, gəliri az olan valideynlərin kifayət qədər təhsilinin olmamasından qaynaqlandığını bildirib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info