Ermənistanın yeni baş nazirindən etiraf: “Ölkə iqtisadiyyatı çox ağır vəziyyətdədir”
Tarix: 16.09.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Yeni hökumət əhaliyə “qış sürprizi” hazırlayır: qaz və elektrik enerjisi tariflərinə yenidən baxılacaq

Belə görünür ki, artıq Rusiya da erməni miqrantlar üçün pul qazanmaq üçün əlverişsiz ölkəyə çevrilməkdədir. Bunu Rusiya Bankının cari ilin yanvar-iyun ayları üçün fərdi şəxslərin pul köçürmələri haqqında dərc etdiyi rəsmi məlumat da təsdiq edir.
Dərc edilən məlumata görə, Rusiyadan həyata keçirilən pul köçürmələrinin böyük hissəsi qeyri-kommersiya xarakteri daşıyır. Rəsmi rus mənbələrinin məlumatına görə Ermənistana bu ilin yanvar-iyun ayları ərzində fiziki şəxslər tərəfindən edilən sərhəd köçürmələrinin həcmi 282 milyon dollara enib. Bu isə Ermənistana göndərilən pul köçürmələrinin 2,4 dəfə azalması deməkdir. Qeyd edilməlidir ki, ayliq fərdi köçürmələrdə də azalma var. Belə ki, son iki ildə fərdi şəxslər tərəfindən ay ərzində pul köçürmələri 236-274 dollar təşkil edirdisə, hazırda bu məbləğ 162 - 164 dollara enib. Təbii ki, bu da Rusiyaya iş üçün gedən erməniləri daha münasib ölkələrə üz tutmağa məcbur edir. “Nyus.am” saytının məlumatına görə, yaranan çətin vəziyyət son bir ildə Rusiyada işləyən erməni miqrantların sayına təsirsiz ötüşməyib.

“Nyus.am”: “Rusiyadan Ermənistana göndərilən pul köçürmələri 2,4 dəfə azalıb”

Məlumatlara görə, Rusiyanı tərk edən erməni miqrantlar şərti olaraq 24 min nəfər təşkil edib. Rusiyanı tərk edən ermənilərin çox cüzi hissəsi Ermənistana qayıdır. Təbii ki, öz ölkələrində hansı səfalətlə üzləşəcəklərini bildiklərindən, bu addımı atırlar. Hazırda Ermənistan iqtisadiyyatı yox dərəcəsindədir. Bunu bu günlərdə yeni baş nazir seçilmiş Karen Karapetyan da etiraf etmək məcburiyyətində qalıb: “Biz Ermənistan iqtisadiyyatının hansı istiqamətdə inkişaf edəcəyi barədə indidən siqnal verməliyik. Mən, etiraf etməliyəm ki, ölkə iqtisadiyyatı çox ağır və çətin vəziyyətdədir”. Yeni baş nazirin söylədikləri ermənilər üçün yenilik deyil. Reallıq göz önündədir. Özülü olmayan iqtisadiyyat hansı resurslar hesabına inkişaf etdirilə bilər?. Yenə də xarici borclar hesabınamı? Deyəsən, yeni baş nazir ölkə büdcəsini kasıb erməni xalqı hesabına tənzimləmək istəyir. Belə ki, dünən parlamentdə çıxış edən Karapetyan qeyd edib ki, qaz və elektrik enerjisi tariflərinə yenidən baxılacaq. Deməli, yeni hökumət yaxın vaxtlarda qaz və elektrik enerjisinin qiymətlərini artırmaqla əhaliyə “qış sürprizi” hazırlayır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info