“Partiyaları boşalan “saqqallı” müxalifət gəncləri ələ almağa çalışır”
Tarix: 18.03.2013 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Mais Səfərli: “Bu illərdə neçə-neçə gənc onlara aldanmaqla, onların ətrafında olmaqla indi qocalıblar və gənclikləri də çox səmərəsiz olub”

Hazırda elektoratsızlıqdan əziyyət çəkən müxalifət partiyaları seçki ərəfəsində gücsüzlüklərini daha çox hiss edirlər. Buna görə də hər seçki ərəfəsində olduğu kimi, bu dəfə də yalançı vədlərlə cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini çəkməyə və onları manipulyasiya etməyə çalışırlar. Bu zaman isə çox qeyri-ciddi açıqlamalarla özlərini də ifşa etmiş olurlar.

Bu dəfə isə Müsavat Partiyasının sədri İsa Qəmbər bu cür “priyom”dan istifadə edib. Xüsusilə qeyd edək ki, İ.Qəmbər hər seçki ərəfəsində populizmə vararaq müxtəlif vədlər verib və bu vədləri saf-çürük edən ekspertlər həmişə onları ironiya ilə qarsalayıblar. Məsələn, 2005-ci ildə İsa Qəmbər vəd vermişdi ki, əgər hakimiyyətə gəlsə, neft gəlirlərindən hər ay adambaşına indiki pulla 200 manat pul verəcək... Bunu hesablayan ekspertlər onun qeyri-ciddi və savadsız açıqlama verdiyini sübut etmişdilər. Bu dəfə də o, “hakimiyyətə gələrsə, gənc nazirlərə üstünlük verəcəyini”, “kölgə kabinetində gənclərdən nazirlər hazırlayacağını” vəd edib. Bunu da ekspertlər növbəti populist addım və əsassız fikir adlandırırlar. Qeyd edək ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “AzerTAc”a müsahibəsində bu məqamla bağlı belə bildirib: “Beynəlxalq təcrübə göstərir ki, əsasən müxalif qüvvələr növbəti seçkiyə hazırlığı ötən seçkilərdən dərhal sonra başlayırlar, vətəndaşlarla, müxtəlif sosial təbəqələrlə təmas qurmaq üçün cəhdlər göstərirlər, niyyətlərini, hərəkət planlarını müzakirəyə çıxarırlar, öz elektoratını toplamağa və tərəfdarlarını səfərbər etməyə çalışırlar. Təbii ki, Azərbaycanda fəaliyyəti mövsümi xarakter daşıyan, heç bir sosial bazası olmayan siyasi qrupların cəmiyyətə deməyə sözü yoxdur”. R.Mehdiyev bildirib ki, digər tərəfdən, son 20 ildən artıq bir dövrdə dağıdıcı müxalifətin siyasi hakimiyyət uğrunda “mübarizəsi” imitasiya xarakteri daşımış və əslində, özünüifşanın bariz nümunəsinə çevrilib.
Yurddaş Partiyasının sədri Mais Səfərli “Palitra”ya açıqlamasında bu məsələyə belə münasibət bildirdi: “İsa Qəmbərin bu fikirləri xəndəkdən tullanmamış özünə əhsən demək kimi qeyri-ciddi bir işdir. Qoyt hələ bir seçkilərə qatılsınlar, qüvvələrini təşkilatlandırsınlar, hansısa seçki blokunu ortaya qoysunlar, ondan sonra bu cür “bölgülərə” getsinlər. Ona görə də bu cür açıqlamalar çox qeyri-ciddi səslənir. Birincisi, Azərbaycan parlamentli respublika deyil ki, burada kölgə kabineti qurulsun və sair. Yəni bizim ictimai-siyasi quruluşumuz da buna heç imkan vermir. Azərbaycan prezidentli respublikadır. Prezident seçkiləri birbaşa ümumxalq səsverməsi yolu ilə keçirilir. Ümumiyyətlə, Azərbaycanda seçkilərin mənbəyi xalqdır. Xalq seçkilərdə öz iradəsini ortaya qoyur. Xalq kimə səs verirsə, o da prezident olur. Bundan sonra isə Prezident də Nazirlər Kabinetini formalaşdırır. Yəni hesab edirəm ki, bu cür qeyri-ciddi açıqlamalar diqqəti cəlb etmək üçün uğursuz cəhdlərdən başqa bir şey deyil. Məlumatsız, müəyyən gəncləri öz tərəfinə çəkmək, manipulyasiya etmək üçün edilən cəhdlərdir. Azərbaycanın siyasi arenasında müxalifətçiliklə məşğul olan bu cür partiyalar az qala 20 ildir, heç bir nailiyyətə imza atmayıblar, ona görə də onlara əslində simvolik olaraq “saqqallı müxalifət” demək lazımdır. Ömür boyu müxalifətçi olmaqdan saqqalları ağarıb. Bu müxalifət özü köhnəlmiş, qocalmış müxalifətdir. Onlar heç bir seçkidə uğur qazanmayıblar, uğursuzluqlardan yoğrulub, qocalıblar. Buna görə də tərəfdaşlarını indiyə qədər itirə-itirə gəliblər. Hər seçkidə də onların ətrafından insanlar qopur və gedib əməlli-başlı işlə məşğul olurlar. Onlar müxalifətin qeyri-ciddiliyini, perspektivsizliyini görüb çıxıb gedirlər, yeni açılmış iş yerlərində təmsil olunurlar. Bu cür elektorat itkisindən əziyyət çəkən, partiyaları tamamilə boşalan müxalifət partiyaları indi də “yeni texnologiyalara” baş vurduqlarını zənn edirlər. Müxtəlif yollar və yalançı vədlərlə ətraflarına adam cəlb etməyə çalışırlar. Məsələn, İsa Qəmbərin “kölgə kabineti” ilə bağlı verdiyi açıqlama kimi. Amma qeyd etmək lazımdır ki, gənclərə bu cür üz tutmaq və onların müxalifət tərəfindən ələ alınması cəhdləri çox uğursuzdur və effektsizdir. Çünki gənclər onların ətrafında yox səviyyəsindədir. Bunu siyasi prosesləri izləyənlər çox yaxşı bilirlər”.
Yurddaş Partiyasının sədri onu da bildirdi ki, müxalifət başçılarının vədləri indiyə qədər o qədər yalan çıxıb ki, onlara indi heç kim inanmır: “Gənclər başa düşürlər ki, bu illər ərzində neçə-neçə gənc gəlib onlara aldanmaqla, onların ətrafında olmaqla indi qocalıblar və gənclikləri də çox səmərəsiz olub. Həmin gənclər indi çox peşmandırlar. Neçə-neçə bu cür gənci misal gətirmək olar. Həmin gənclər müxalifətdən aralanandan sonra ağ günə çıxmağa, gedib bir işlə məşğul olub ailələri üçün çörək qazanmağa nail ola biliblər. Halbuki müxalif başçıların mənafeyinə işləmək, enerjini yalnız onların istəyinə sərf etmək bu cür gənclərə - artıq indiki yaşlılara heç bir xeyir gətirməyib. Bir vaxtlar - 20 il bundan öncə 20-30 yaşlarında bunların yanına gələn adam bu gün həmin partiyalarda az qala pensiya yaşına yaxınlaşırlar. Nə əldə ediblər? Çoxları gec də olsa başa düşüb ki, gəncliklərini bu köhnə müxalif başçılara sərf ediblər, ona görə də aralanıb gediblər. Qalanları da indi kor-peşman olub”.
M.Səfərli qeyd etdi ki, gənclər ayıq olmalı, həmin partiyalarda yaşlaşmış, bir vaxtlar gənc olan insanlardan ibrət götürməlidirlər. Təbii ki, gənclər də siyasətlə məşğul olmalıdırlar. Amma seçim edərkən bu məqamı unutmamalıdırlar.
İlkin AĞAYEV










 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info