UNEC-in Zaqatala filialının açılışı olub
Tarix: 16.09.2016 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının açılışı olub. Dövlət himni səsləndirildikdən sonra UNEC-in rektoru, professor Ədalət Muradov yeni dərs ili münasibəti ilə universitetin pedaqoji heyətini və tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.
Təhsilə dövlət qayğısından söz açan rektor bildirib ki, ölkə başçısının UNEC-in Zaqatala filialına dair sərəncamı universitetə göstərilən diqqət və etimadın nəticəsidir: “Biz cənab Prezidentin etimadını doğrultmaq üçün var qüvvəmizlə çalışacağıq”. Zaqatala rayon icra başçısı Mübariz Əhmədzadə regionların inkişafı istiqamətində görülən işlərdən danışıb. Qafqazın ən böyük iqtisadyönümlü universitetinin filialının Zaqatalada fəaliyyətə başlamasını yüksək qiymətləndirib. UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev bildirib ki, filialda Mühasibat uçotu, İqtisadiyyat, Biznesin idarə edilməsi və Maliyyə ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək. Burada ölkənin 37 rayonundan 113 tələbə təhsil alacaq. Daha sonra çıxış edən tələbə və valideynlər filialda yaradılan şəraiti ölkədə təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndiriblər. Sonda yeni tələbə adını qazananlara tələbə biletləri təqdim olunub. Qeyd edək ki, Prezidentin sərəncamına əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı UNEC-in Zaqatala filialı hesab edilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib
20.09.2019
Masallıda tədbir: “Heydər Əliyev və neft strategiyası“
19.09.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info