ABŞ-da Qarabağa həsr olunmuş filmin premyerası keçirilib
Tarix: 16.09.2016 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Sentyabrın 14-də ABŞ-ın Los Anceles şəhərində məcburi köçkün olan azərbaycanlı uşaqlara həsr edilmiş “Gənc səslər, qədim nəğmə” adlı sənədli filmin premyerası keçirilib.
 
Tanınmış amerikalı muğam ustası Cefri Verbok tərəfindən çəkilmiş filmin nümayişi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüs və dəstəyi ilə təşkil olunub. Baş Konsulluqdan verilən xəbərə görə, təbirdə Los Ancelesdə akkreditə olunmuş ölkələrin baş konsulları, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri, elm və təhsil xadimləri iştirak edib. 
Nümayişdən əvvəl Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti və bu siyasət nəticəsində 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi barədə danışıb. Diplomat, azərbaycanlı qaçqın və məcburi köçkünlərin 400 mindən çoxunu uşaqların təşkil etdiyini, filmdə Ermənistanın qarşı həyata keçirdiyi işğalın qurbanı olan bu uşaqlardan bəhs edildiyini diqqətə çatdırıb. 
 
N. Ağayev belə bir sənət əsərinin hazırlanmasına verdiyi dəstəyə görə Avropa Azərbaycan Cəmiyyətinə, eləcə də film layihəsinin təşəbbüskarı və müəllifi olan C.Verboka təşəkkürünü bildirib. Tədbir filmin nümayişi ilə davam edib. Ermənistanın işğalçılıq siyasətini və azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlər nəticəsində meydana gələn bəşəri faciəni özünəməxsus şəkildə təqdim edən film, tamaşaçılarda böyük marağa səbəb olub. 
 
Nümayişdən sonra söz filmin müəllifi C.Verboka verilib. O, belə bir əlamətdar tədbirdə iştirak etməkdən məmnunluğunu bildirərək, filmin çəkilişləri ilə bağlı Azərbaycana səfərləri müddətində azərbaycanlı məcburi köçkünlərlə, o cümlədən öz yurd-yuvalarından didərgin düşmüş uşaqlarla bağlı əldə etdiyi kövrəldici təcrübələrini bölüşüb, bu barədə tamaşaçıların suallarını cavablandırıb.
 
Nümayişdən sonra istedadlı musiqiçi Azərbaycan tarı və kamançasında milli musiqilərdən nümunələr ifa edib. 

Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info