Respondentlərin 92,8 faizi Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin lehinə olduqlarını bildiriblər
Tarix: 16.09.2016 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “Exit-poll” sorğusu öncəsi sosioloji araşdırma aparmışdır. Sosioloji sorğunun keçirilməsində əsas məqsəd referendum ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, referendumla bağlı ictimai rəyin öyrənilməsi olmuşdur. Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1000 nəfər respondent cəlb edilmişdir. Bunlardan 73,7% böyük şəhərlərdən, 10,1% kiçik şəhərlərdən, qalanları isə qəsəbə və kəndlərdən olmuşdur. Sorğuda iştirak edənlərin 49,6% qadın, 50,4% kişi olmuşdur. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılmışdır və respondentlərin 35% – 30-39 yaş arası, 25,8% 18-29 yaş arası, 16,6% 40-49 yaş arası, 7,6% 50-59 yaş arası və yalnız 1,5% 70 və daha yuxarı yaşda insanlar olmuşlar.
Sorğu vərəqindəki sualları təsnif edərək belə qruplaşdıra bilərik:
1.Əhalinin Referendumla bağlı məlumatlılıq səviyyəsi.
2. Ölkənin hazırkı iqtisadi vəziyyətinə münasibət.
3.Əhalinin siyasi fəallıq səviyyəsi.
4.Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə münasibət.
Əhalinin Referendumla bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə qoyulmuş “Ümumiyyətlə, Azərbaycanda Milli Seçkilər və Referendum keçirildikdə Siz səsvermədə necə iştirak edirsiniz?” – sualına verilən cavablar aşağıdakı kimi olmuşdur. Respondentlərin böyük əksəriyyəti – 74,2% hər zaman referendumda iştirak etdiklərini bildirmişlər. 82,9% respondent isə 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsində (referendum) iştirak edəcəyini bildirib. Belə ki, “Siz səsvermədə necə iştirak edəcəksiniz?” – sualına 76,8% “Əlbəttə ki iştirak edəcəyəm” və 6,1% “Ola bilsin ki, iştirak edəcəyəm” cavabını vermişdir.
“Sizin qarşıdan gələn 26 Sentyabr ümumxalq səsverməsi-referendum- barədə hər hansı məlumatınız varmı?” – sualına 95% “bəli” – cavabını vermişdir ki, bu da keçiriləcək Referendumla bağlı təbliğat, təşviqat kampaniyasının düzgün qurulduğunu və əhalinin siyasi proseslərə marağının yüksək səviyyədə olduğunu göstərir. Sorğu nəticəsində məlum olmuşdur ki, əhali Konstitusiyada dəyişikliklər aparılmasını dəstəkləyir. Belə ki, “Ümumilikdə, Siz 26 sentyabr referenduma çıxarılan konstitusiya islahatının lehinə və ya əleyhinəsiniz?” – sualına cavab olaraq respondentlərin 92,8 % Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin lehinə olduqlarını bildirmişlər.
Təhlil əsasında belə nəticəyə gəlmək olar ki, ölkədə aparılan islahatlar əhalinin yaşayış səviyyəsinə mənfi təsir göstərməmişdir. Bu fikri əhalinin iqtisadi və sosial vəziyyəti ilə bağlı verilən suallara cavablar da təsdiqləyir. Belə ki, “Fikrinizcə, bu gün ölkəmizin qarşısında duran ən vacib məsələ hansıdır?” – sualına cavab olaraq, respondentlərin böyük əksəriyyəti – 77,4% “Dağlıq Qarabağ münaqişəsi” – cavabını qeyd etmişlər. Burada yalnız 5,8% - məşğulluq, 5,3% isə - iqtisadi məsələləri vacib məsələ kimi qeyd etmişdir ki, bu da çox kiçik bir qism təşkil edir. Bu fikri anket vərəqində yer almış “Ümumiyyətlə, Azərbaycanda görülən tədbirlər nəticəsində proseslər necə cərəyan edir?” – sualına verilən cavablarda respondentlərin 91,4%-lə ölkədə inkişaf meylinin olduğunu göstərməsi də təsdiq edir.
Sorğu anketinin digər bloku əhalinin siyasi məsələlərə münasibətinin öyrənilməsi ilə bağlıdır. Burada “2015-ci ildə keçirilən Parlament seçkilərində hansı partiyanın namizədinə səs vermişdiniz?” – sualına cavab olaraq respondentlər say çoxluğu ilə - 92,8% - Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verdiklərini bildirmişlər ki, bu da əhalinin mövcud siyasi hakimiyyətdən razılıq əlaməti kimi qəbul edilə bilər. Bu razılıq digər suallarla bağlı cavablarda da öz əksini tapmışdır. Belə ki, respondentlərin 98,4% əmindir ki, ölkə rəhbərliyi xalqı terror aktlarından qoruyur, 95,9% inanır ki, bir çox ölkələrdə qeyri-stabil vəziyyət olduğu halda Azərbaycan regionda ən stabil ölkədir.
Sorğu vərəqində Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər aşağıdakı kimi qruplaşdırılaraq bloklar şəklində təqdim edilmiş və bunun əsasında alınan nəticələr belədir:
Respondentlərin 86,4%-i Azərbaycan Respublikasında icra hakimiyyətinin quruluşunda, 89,1%-i Azərbaycan Respublikasının təhlükəsizliyi və müdafiəsi ilə bağlı, 88,9%-i İnsan hüquqları və onların təminatı sahəsində və 84,2%-i Azərbaycanda sosial təminatlarla bağlı dəyişikliklər edilməsinə razı olduqlarını bildirmişlər.
Aparılmış sosioloji sorğunun nəticəsi kimi qeyd edə bilərik ki, 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsinə (referendum) hazırlıq həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxşdir. Belə ki, əhali referendumla bağlı məlumatlıdır və bu, dövlət səviyyəsində aparılan təbliğatın müsbət gedişindən xəbər verir. Ümüd etmək olar ki, 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsi (referendum) zamanı keçiriləcək Exit-poll sorğularının nəticələri apardığımız sosioloji sorğunun nəticələri ilə uyğun olacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info