Daha bir sammitdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunacaq
Tarix: 16.09.2016 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında növbəti XVII Sammiti 2016-cı Venesuela Bolivar Respublikasının Marqarita adasında işinə başlayıb. 
Azərbaycan sammitdə xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Sammit zamanı 2012-ci il Tehran sammitindən sonrakı müddət ərzində baş vermiş proseslər və əldə edilmiş uğurların nəzərdən keçirilməsi, yeni proseslər fonunda beynəlxalq sülh, təhlükəsizlik, inkişaf və əməkdaşlığa dair üzv dövlətlərin ortaq mövqeyinin müzakirə olunması və tədbirin sonunda bu məsələlərə dair yekun sənədin qəbul edilməsi nəzərdə tutulur.
 
Sammitin gündəliyində Azərbaycan üçün birbaşa əhəmiyyətli olan bir sıra məsələlər yer alır. Sammitin yekun sənədinin layihəsinə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edən bənd daxil edilib. Bundan əlavə, Venesuela sammitində Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrliyin Azərbaycan Respublikasına keçməsi və Hərəkatın 18-ci sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması gözlənilir.
 
E. Məmmədyarov Sammitin Rəyasət Heyətinin sədr müavini seçilib və bu keyfiyyətində plenar iclasa sədrlik edib. O, Zirvə Görüşündə geniş nitqlə çıxış edəcək.
 
Sammit sentyabrın 18-də başa çatacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
16.09.2019
Türkiyənin Vitse-prezidenti Fuat Oktay “ASAN xidmət“ mərkəzi ilə tanış olub
16.09.2019
Sivil meydanı qoyub, anti-konstitusion üsulları seçənlər...
16.09.2019
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb
16.09.2019
Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info