Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edib
Tarix: 16.09.2016 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Gənclər və idman naziri Azad Rəhimov bu gün Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala  və  İsmayıllı  rayonundan olan vətəndaşları qəbul edib.
 
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən qəbula 25-ə yaxın vətəndaş qatılıb.
 
Müraciətlər gənclər, idman sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi, iş ilə təminat  və sahələrini əhatə edib.
 
Gənclər sahəsi üzrə edilən müraciətlər sırasına QHT-nin yaradılması, gənclər sahələrini əhatə edən layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq səviyyəli tədbirlərdə  iştirakı, istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin tikintisi və fəaliyyət göstərən mərkəzlərin müvafiq avadanlıqlarla təmin edilməsi və s  ilə bağlı olub.
 
İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, bir sıra idman məktəblərində təmir işlərinin aparılması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin və bölmələrin yaradılması və s idman sahəsində edilən müraciətlər olub.
 
Bir sıra müraciətlər yerində həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info