Binəqədi rayon məktəblərində Bilik günü qeyd olunub
Tarix: 16.09.2016 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Binəqədi rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirildi.
Məktəbliləri təbrik etmək üçün 246 saylı tam orta məktəbdə keçirilən bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi Rayon şöbəsinin rəisi Polad Abdullayev, 246 saylı məktəb-liseyin derektoru Almaz Bayramova, professor Əjdər Ağayev, azyaşlılardan ibarət “Dilbərim” rəqs qrupu, 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin rəqs qrupu, məktəbin müəllim və şagird heyəti iştirak etdi.
Öncə 246 saylı məktəb-liseyin direktoru Almaz Bayramova şagirdləri, müəllimləri və qonaqları salamladı. Çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və professor Əjdər Ağayev təhsil sahəsində şahidi olduğumuz nailiyyətlərin dövlət başçısı cənab İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını vurğuladılar.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik etdi, onlara yeni dərs ilində uğurlar arzuladı. Rayon İcra Hakimiyyətinin başçısı ötən tədris ilinin də Binəqədi rayonu üçün uğurlu olduğunu diqqətə çatdırdı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən 90 nəfərin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiyini vurğuladı. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirdi.
Sonra azyaşlılardan ibarət “Dilbərim” rəqs qrupu, 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin rəqs qrupu, 3-cü sinif şagirdi Aysel Bektaşin çıxış etdi, məktəblilərin ifasında şeir dinlənildi.
Tədbirin ardınca Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və qonaqlar “Sağlam təhsil” layihəsi əsasında yaradılmış sinif otağına, həmçinin Şahmat məktəbinin nəzdində fəaliyyət göstərən Şahmat sinfinə baxış keçirdi, məktəbdə yardılmış şəraitlə tanış oldu.
Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info