“NİDA” üzvləri etdikləri əməldən səmimi peşmançılıq çəkdiklərini bildirdilər”
Tarix: 18.03.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Ombudsman Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına baxış keçirib. Ombudsman Aparatının Mətbuat xidmətindən verilən məlumata görə, Ombudsman orada saxlanılan şəxslərlə görüşüb, onların saxlanılma şəraiti və vəziyyəti ilə tanış olub.
Təkbətək görüş zamanı “NİDA” hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev və təşkilatın İdarə Heyətinin üzvü Rəşad Həsənov, həmçinin təcridxanada saxlanılan digər şəxslər istintaq təcridxanasında saxlanılma şəraiti ilə əlaqədar heç bir şikayətlərinin, rəftarla bağlı narazılıqlarının olmadığını, vaxtlı-vaxtında keyfiyyətli qida və gəzinti ilə təmin olunduqlarını bildiriblər. Qeyd olunub ki, söhbət zamanı “NİDA” təşkilatının üzvləri Ş.Novruzlu və B. Quliyev etdikləri əməldən səmimi peşmançılıq çəkdiklərini, təşkilatın idarə heyətinin üzvü R. Həsənov isə heç bir narazılığının olmadığını, həbs-qətimkan tədbirinin seçilməsinə dair Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib. Müvəkkil baxışın nəticələrini təcridxananın rəisi ilə müzakirə edib və öz tövsiyələrini verib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Fuad getdi, sən də get, Əli Kərimli!
21.09.2019
Hacıqabulda pambıq yığımına başlanılıb
21.09.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info