“Expansion.com” :”Azərbaycan turizmin inkişafı məqsədilə infrastrukturu modernləşdirir”
Tarix: 16.09.2016 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


“Expansion.com”

portalında "İspaniyanın kiçik və orta müəssisələri Azərbaycanın modernləşməsinə dəstək verirlər" başlıqlı geniş məqalə dərc olunub. Məqalədə Azərbaycanın strateji coğrafi mövqeyə və zəngin təbii ehtiyatlara malik olması qeyd olunur.
Neft gəlirlərinin azalması fonunda ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı üçün çalışdığını yazan müəllif bu məqsədlə ispan şirkətlərinin də Azərbaycanda fəaliyyət göstərdiyini bildirir. Məqalədə deyilir ki, Azərbaycan turizmin inkişafı məqsədilə ölkədə mövcud olan infrastrukturu modernləşdirir. İspaniyanın yol, hava limanı, yaşayış və kommersiya obyektləri tikintisində fəaliyyət göstərən şirkətlərinin təcrübəsi isə əhəmiyyətlidir.
Azərbaycanda biznes mühiti haqqında yazan müəllif qeyd edir ki, Dünya Bankı tərəfindən hazırlanmış müvafiq reytinqdə Azərbaycan nisbətən yüksək mövqedə qərarlaşıb. Azərbaycanda şirkət açıb biznesə başlamaq xeyli asandır. Buna 3-5 gün vaxt tələb olunur. Vergi mühitinin də əlverişli olmasını qeyd edən müəllif deyir ki, ispan iş adamları öz ölkələrində 25 faiz vergi verdiyi halda Azərbaycanda 20 faiz vergi ödəyəcəklər.
Məqalənin yekununda müəllif ispan iş adamlarına Azərbaycanla əlaqələr qurarkən hansı məqamlara diqqət yetirməyin lazım olduğunu qeyd edir. O yazır ki, Azərbaycan şirkətləri ilə görüş keçirmək istəyirsinizsə, onlara məktub ünvanlayın. Bu məktubu Azərbaycan dilinə tərcümə etsəniz daha yaxşı olar. Protokol qaydalarına əməl etməli, görüşlər zamanı nəzakətli olmalısınız. Məqalə müəllifi hesab edir ki, Azərbaycan şirkətləri ilə birbaşa görüşlər daha effektlidir, nəinki yazışmalar və ya telefon zəngləri.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info