SOCAR-da ev növbəsində olanlar mənzillə təmin ediləcək 
Tarix: 16.09.2016 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


“Neftçilər günü” ərəfəsində, sentyabrın 16-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin nümayəndələri Bakının Xətai rayonu 2944-cü məhəllə M.Hadi küçəsində inşa olunan yeni yaşayış binasının istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak ediblər.
9 mərtəbəli binanın tikintisinə 2014-cü ilin sentyabr ayında başlanılıb. Bina 4 blokdan, 144 mənzildən, o cümlədən 16 mansard mənzildən ibarətdir. İkiotaqlı və üçotaqlı mənzillərdən ibarət binanın ümumi sahəsi 17 min 637 kvadratmetr, yaşayış sahəsi isə 12 min 726 kvadratmetrdir. Binalar su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub, binaların həyətində istirahət guşəsi yaradılıb, ətraf abadlaşdırılıb.
SOCAR-ın prezidenti R.Abdullayev əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən tərəqqi strategiyasının Azərbaycana möhtəşəm qələbələr bəxş etdiyini söyləyib, qarşıdan gələn “Neftçilər günü” münasibətilə çoxminli neftçilər ordusunu, bütünlüklə Azərbaycan xalqını təbrik edib. O, SOCAR-ın idarə və müəssisələrində çalışan işçilərin sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində olduğunu bildirib, bu sahədə mühüm sosial proqramların həyata keçirildiyini vurğulayıb. Neftçilərin mənzil problemlərinin həlli istiqamətində görülən işlərdən danışan R.Abdullayev qeyd edib ki, SOCAR bu gün respublikamızda öz əməkdaşlarını növbəlilik əsasında mənzillərlə təmin edən yeganə şirkətdir. Son 10 ildə 3 minə yaxın neftçi ailəsi növbə əsasında mənzillə təmin olunub. Bu işi daha da təkmilləşdirmək məqsədilə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb. Kooperativ uğurla çalışaraq, fəaliyyəti dövründə 1826 neftçi ailəsinə mənzil verilməsini təmin edib. Hazırda SOCAR üzrə 3 min 392 nəfər işçi mənzil uçotundadır ki, onların da 2 min 950 nəfəri Bakıda, 442 nəfəri isə respublikamızın müxtəlif rayonlarında yaşayır. Bildirib ki, SOCAR-da çalışan gənc mütəxəssislər, şirkətin təqaüd proqramlarının iştirakçıları da diqqətdə saxlanılır, ehtiyacı olduqda kooperativə üzv qəbul edilir və mənzillə təmin olunurlar. Bu gün SOCAR-ın Təqaüd Proqramının 12 məzunu da mənzil alanlar sırasındadır. “Neftçi” mənzil-tikinti kooperativi yeni-yeni yaşayış binalarının tikintisi ilə məşğuldur. Hazırda Lökbatan qəsəbəsi 28 May küçəsində ümumilikdə 452 mənzildən ibarət 7 yaşayış binasının inşası uğurla davam etdirilir. Qaraçuxur qəsəbəsində 96 mənzilli, eyni zamanda “Azərikimya” İstehsalat Birliyinin əməkçiləri üçün Sumqayıt şəhəri A.Quliyev küçəsində 100 mənzilli və S.Vurğun küçəsində 172 mənzilli yeni yaşayış binalarının inşası nəzərdə tutulur. Bakının Buzovna qəsəbəsində 22 hektarlıq ərazidə SOCAR üzrə mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi də veriləcək. Qarşıdakı illərdə Bibiheybət qəsəbəsində 820 mənzilli 13 yüksək mərtəbəli yaşayış kompleksi tikiləcək. Artıq kompleksin layihələndirmə işləri başa çatdırılıb. SOCAR-ın prezidenti neftçilərin sosial şəraitinin yaşxılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Daha sonra R.Abdullayev yeni binanın rəmzi qırmızı lentini kəsərək, onu müşayiət edən şəxslərlə birlikdə mənzilləri gəzib, neftçilərin yaşayışı üçün yaradılmış şəraitlə tanış olub. Neftçilərə order və açarları təqdim edən SOCAR-ın prezidenti onlara yeni mənzillərində firavan həyat arzulayıb. Yeni binanın sakinləri adından çıxış edənlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info