QMİ nümayəndəsi: “Dindarın yeri məsciddir, mitinq, küçə yürüşü deyil” 
Tarix: 16.09.2016 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


“Dindarın yeri məsciddir, ibadət yeridir, mitinq, küçə yürüşü deyil”.
 Bunu APA-ya Milli Şura və Müsavat Partiyasının referendum ərəfəsində təşkil etdiyi aksiyalarda dindarlara yönəlik çıxışlara və mömin insanların meydanlara çıxması üçün siyasi çağırışlara münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov bildirib ki, İ. Həsənov dindarların mitinq və yürüşlərə çağırılması yolverilməzdir: “Biz dindarlara yönəlik bu çağırışları pisləyirik”.
Lənkəran rayonu Ləj kənd məscidinin axundu, AMEA-nın doktorantı Samid Quliyev APA-ya deyib ki, dindarların hər hansı siyasi aksiyada, mitinqdə, yürüşdə iştirakı dini baxımdan düzgün deyil: “Həm dindar, həm də vətəndaş olaraq, bu çağırışları qəbul etmirəm. Əslində sentyabrın 11-də Milli Şura adlanan qurumun Bakıda “Məhsul” stadionunda keçirdiyi mitinq müəyyən xarici təşkilatların maliyyə dəstəyi ilə təşkil olunmuşdu. O aksiyada dini şüarların səsləndirilməsi, müəyyən şəxslərin dini məhbus, siyasi məhbus kimi göstərilməsinin əleyhinəyəm. Sentyabrın 17-də və 18-də keçiriləcək aksiyalara da dindarların çağırılması dövlətlə dini, dindarları üz-üzə qoymaq cəhdidir. Bu, müəyyən xarici dairələrin Azərbaycanda hökm sürət dini dözümlülüyə, multikulturalizmə qarşı hazırlanmış, siyasi motivli bir addımdır”.
 
QMİ-nin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov APA-ya hər hansı siyasi təşkilatın dini qurumları, dindar kəsimi meydanlara çağırmağa ixtiyarının və səlahiyyətinin olmadığını bildirib: “Çünki dindarların yeri məsciddir, Allaha ibarətdir. Dini siyasətə alət etmək, dindarların səmimi inancından istifadə edərək meydanlara çəkmək, onların inancı ilə oynamaq haram, günahdır. Bu, qəbuledilməzdir. Dini, dindarları partiyalılaşdırmaq yolverilməzdir. Dindarlarımızın aksiyalarda iştirakı düzgün deyil, dindarın orada heç bir işi yoxdur. Onu da deyim ki, sovet dönəmində, 1989-1990-cı illərdə Milli Azadlıq Hərəkatında olmuşam, siyasi məhbus həyatı yaşamışam. Biz dindar olaraq, dinsiz imperiyaya, işğalçılara qarşı mübarizə aparırdıq. O zaman Azərbaycanda məscidlərin sayı 18-ə çatmırdı.  Şükürlər olsun ki, bu gün kəndlərdə belə 2-3 məscid var. Ölkəmizdə 1000-dən artıq məscid tikilib, xalqımızın xidmətinə verilib. İmamzadə ziyarətgahı, Bibi-Heybət piri, Heydər məscidi və digər məscidlər, ziyarətgahlar Azərbaycan müstəqil dövləti tərəfindən bu xalqımıza hədiyyə olunub. Bunların bir çoxunun tikintisi, bərpası prezident İlham Əliyevin dövrünə təsadüf edir. İmamzadə kompleksi də bu qəbildəndir. Məscidə gələn hər kəs, onların sırasında müsavatçı, Milli Şura adlanan qurumun üzvü olsa da, hamı məscidi tikənə dua edir. Bu məscidi tikdirən də prezident İlham Əliyevdir. Bəzi siyasətbazlara, Qərbdəki bəzi dairələrdən maliyyə alaraq dindarları meydanlara çağıranlara da deyirəm ki, yerlərində otursunlar, şarlatanlıq etməsinlər”.
 
T. Abbasov bəzi dindar gənclərin siyasi oyunlara cəlb edilərək, cinayətə sövq olunduğunu və buna görə də həbs edildiyini qeyd edib: “Bunun nəticəsində həm o gənc, həm də valideynləri, yaxınları əziyyət çəkməli olur. Mən dindarlarımızı kiminsə təxribatına uymasına, islamı parçalamağa çalışan bəzi missioner təşkilatların əli, Azərbaycanda bəzi siyasətbazların vasitəsi ilə  meydanlara çıxarılmasına qarşıyam. Hər bir dindara müraciət edirəm ki, belə təxribatlardan uzaq olsun”.
 
Dindən və dindarlardan siyasi məqsədlə istifadə edilməsi cəhdlərini qəbuledilməz sayan QMİ-nin Qarabağ bölgəsi üzrə qazısı, Ağdamrayonunun axundu Barat Bağırov APA-ya Qarabağda, Ağdamda dindarların Azərbaycan dövlətini dəstəklədiyini vurğulayıb: “Müəyyən qrupların dindarlara yönəlik çağırışları çirkin, natəmiz əməllərdir”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info