Azərbaycan İCAO-nun Ümumdünya Aviasiya Forumunda təmsil olunacaq
Tarix: 16.09.2016 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Sentyabrın 27-dən oktyabrın 7-dək Monrealda (Kanada) Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) Assambleyasının 39-cu sessiyası keçiriləcək. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Assambleyanın işində təşkilata üzv dövlətlərin nümayəndələri iştirak edəcəklər.
Mülki aviasiya fəaliyyəti ilə bağlı beynəlxalq təşkilatların nümayəndələri Assambleyada müşahidəçi statusunda iştirak edəcək.
İCAO Şurası tərəfindən təsdiq olunan Assambleyanın ilkin gündəliyinə təşkilatın fəaliyyəti ilə bağlı məsələlər, həmçinin beynəlxalq mülki aviasiyanın uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitə dair əsas mövqelərinin nəzərdən keçirilməsi daxildir.
Həmçinin, İCAO-nun Assambleyasının 39-cu sessiyasının açılışından bir gün öncə Monrealda İCAO-nun aviasiya məsələləri üzrə İkinci Ümumdünya Forumu (IWAF2016) keçiriləcək.
İCAO-ya üzv dövlətlərin hökumət rəsmiləri, eləcə də mülki aviasiya sahəsinin aparıcı sənaye və maliyyə tərəfdaşları forumda iştirak etmək üçün dəvət olunmuşdur. IWAF2016 forumunun məqsədi ehtiyacların müəyyənləşdirilməsi, "Heç bir ölkə diqqətdən kənar qalmayacaq" (NCLB) təşəbbüsünü dəstəkləmək üçün beynəlxalq mülki aviasiyanın aparıcı təcrübəsi və qlobal standartların tətbiqi tempini artırmaq məqsədilə lazım olan vəsait və maliyyələşmənin əldə olunması üçün şəraitin yaradılması və aviasiyanın davamlı inkişafı üçün kifayət qədər resursların təmin olunması sahəsində informasiya və dəyərli təcrübə mübadiləsindən ibarətdir.
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının Direktoru Arif Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti İCAO-nun Assambleyasının işində və IWAF2016 forumunda iştirak etməyi planlaşdırır. Assambleyanın iclaslarında iştirak etməklə yanaşı, nümayəndə heyəti digər ölkələrin mülki aviasiya administrasiyalarının və bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırı
Tural




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18.07.2019
Nihat Xəlilzadənin Bakıda koreyasevərlərlə görüşü olub
18.07.2019
“Xaricdəki soydaşlarımız ümummilli ideya-azərbaycançılıq ətrafında birləşib”
18.07.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi İmişli və Ağcabədidə vətəndaşları qəbul edib
18.07.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Göygöldə vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info