Müxalifət mitinqə pulla adam yığır
Tarix: 16.09.2016 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


“Milli şura” növbəti mitinqin kütləviliyini təmin etmək üçün aksiyalara pul müqabilində adam cəlb etməyə başlayıb.

Quruma yaxın şəxslərdən birinin verdiyi xəbərə görə, əsasən AXCP üzvləri işçi qüvvənin toplaşdığı yerlərə - Bakı və ətraf kənd və qəsəbələrdəki əmək bazarlarına, metroların giriş və çıxışlarına, ticarət mərkəzlərinə gedərək iş axtaran vətəndaşlara pul müqabilində mitinqə gəlməyi təklif edirlər. Hər bir şəxsə aksiyada 2 saat iştirak üçün 10 manat vəd olunur.
Mənbənin sözlərinə görə, bu işə cəlb olunmuş şəxslər siyahı tutaraq partiya rəhbərliyinə təqdim edir, aksiyaya gələcək şəxslər partiya fəalları tərəfindən sayılır və bundan sonra “adamyığanlara” cəlb etdikləri iştirakçıların sayına görə pul verilir. 
Qeyd edək ki, bu günlərdə mətbuatda ABŞ, Fransa və Böyük Britaniyanın Azərbaycandakı səfirlərinin radikal müxalifət liderləri ilə görüşdüyü barədə informasiyalar yayılıb. Bundan əlavə, Milli Şuranın mitinqinin arxasında ABŞ səfirliyinin dayandığı barədə də məlumatlar var. Hətta bildirilir ki, səfirliyin əməkdaşları müxalifət partiyaları və QHT-lərlə əlaqə saxlayaraq onları fəal şəkildə sentyabrın 11-də “milli şura”nın keçirdiyi mitinqdə iştirak etməyə çağırıblar.
Yayılan məlumatlar arasında isə ən çox diqqət çəkəni ABŞ səfirliyinin mitinq keçirmək üçün “milli şura”ya 100 min dollar vəsait ayırmasıdır.

Mənbə onu da əlavə edib ki, sentyabrın 11-də keçirilmiş mitinqdə də iştirak edənlərin əksəriyyəti pul müqabilində gəlibmiş. 




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info