Xədicə İsmayıl, Türkel Kərimli və Bako Saakyanın oğlu Azərbaycana qarşı
Tarix: 16.09.2016 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib. Dinləmələrdə Xədicə İsmayıl, Türkel Kərimli (Əli Kərimlinin oğlu) və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç çıxış ediblər. 
Qabaqcadan təşkil edilmiş reklamın əksinə olaraq, dinləmələr çox sönük keçib. Tədbirdə cəmi 20 nəfərə yaxın adam iştirak edib, konqresmenlərdən isə yalnız ermənipərəst Cim Makqavernmüzakirələrə qatılıb. İştirakçıların əksəriyyəti ABŞ-dakı erməni lobbi qruplarının və diasporun təmsilçiləri olublar. 
Tədbirin videogörüntüsündə erməni diasporunun fəallarından olan Armen Saakyanın da dinləmələrdə iştirak etdiyi bəlli olub.
Qeyd edək ki, Armen Saakyan Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğludur. A.Saakyan ABŞ-dakı erməni diaspronunun ən nüfuzlu qurumlarından sayılan Amerika Erməni Milli Konqresinin (ANCA) fəal funksionerlərindən biridir.
Məlumat üçün bildirək ki, ötən il komissiyanın Azərbaycan üzrə dinləmələrində isə qondarma "DQR"-in ABŞ-dakı nümayəndəliyinin rəhbəri iştirak etmişdi. Əli Kərimlinin oğlunun əli Azərbaycan xalqının qanına batmış Bako Saakyanın oğlu ilə bilikdə Azərbaycana qarşı keçirilən tədbirdə iştirakı olduqca düşündürücü məqamdır. 
   
Tədbirin əvvəlində konqresmen Makqavern Dövlət Departamentinin nümayəndəsinin dinləmələrə dəvət edildiyini, lakin onlardan cavab ala bilmədiklərini deyib. Dinləmələrə Skype vasitəsilə qatılan Xədicə İsmayılisə ABŞ-ın Azərbaycandakı səfirliyinin və şəxsən səfir Robert Sekutanın fəaliyyətini kəskin tənqid edərək, onları "vətəndaş cəmiyyətinə lazımi dəstək verməməkdə və Azərbaycan hökumətindən qorxmaqda" günahlandırıb.
Tədbirlə eyni gündə ABŞ Helsinki Komissiyası bəyanat yayaraq, 8 sentyabr tarixində konqresmen Kris Smit tərəfindən Azərbaycan rəhbərliyinə ünvanlanmış məktubun mətnini ictimaiyyətə açıqlayıb. Məktuba Kris Smitlə yanaşı, ABŞ Konqresində Ermənistan üzrə işçi qrupun həmsədri, Dağlıq Qarabağ separatçılarının əsas dəstəkləyicilərindən olan konqresmenAdam Şifin imza atması bir daha ölkəmizə qarşı bu tipli hücumların arxasında məhz erməni lobbisinin durduğunu aydın göstərir. 
Milli.Az




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info