“Türkiyə ilə münasibətlərimiz normallaşır”
Tarix: 16.09.2016 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


“Vaşinqton Suriya ilə bağlı razılaşmanın ictimaiyyətə açıqlanmasında tərəddüd edir”

“Ankara Bəşər Əsədin hakimiyyətdən getməsi tələbindən geri çəkilməyə başlayıb". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Türkiyə artıq Suriya prezidentinin taleyi ilə bağlı ultimatumlardan imtina etməyə başlayır:
"Türkiyə ilə münasibətlərimiz normallaşır. Ankara artıq anlayır ki, terror təhlükəsi onun milli təhlükəsizliyinə təsir edən əsas amilə çevrilir". Rusiya XİN başçısı Qərb tərəfdaşlarının Suriyada prioritet məsələnin terrorçuluqla mübarizə olduğunu anladıqlarını da söyləyib: "Əsas milli maraq, əlbəttə ki, terror, “İŞİD” və "Cəbhət-ən-Nüsra" ilə mübarizə aparmaqdır". Lavrov ABŞ-la Rusiya arasında Suriya ilə bağlı anlaşmanın bəzi detallarını açıqlayıb. Lavrov Rusiya ilə ABŞ arasındakı razılaşmanın həm "Cəbhət ən-Nüsra" ilə, həm də “İŞİD”-lə mübarizəyə aid olduğunu bildirib: “Con Kerri ilə təsdiq etdiyimiz sənədlərdə açıq yazılıb ki, biz həm "Cəbhət ən-Nüsra"ya, həm də "İŞİD"-ə qarşı fəaliyyətimizi koordinasiya edəcəyik”. Lavrov Vaşinqtonun Suriya ilə bağlı razılaşmanın ictimaiyyətə açıqlanmasında tərəddüd etdiyini söyləyib: “Biz bu addıma hazırıq. Biz, indi bu razılığın ictimaiyyətə açıqlanması üçün çalışacağıq. Gizli diplomatiya yolu ilə getmək istəmirik. Bizim amerikalı tərəfdaşlarımız isə, hələlik tərəddüd edirlər. Bu addım problemin demokratik yolla həlli istəyini göstərmir. Demokratiya isə şəffaflıq tələb edir".




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info