Fransa və Çin qılıncoynadanları “Rio-2016”-da qızıl medal qazanıblar
Tarix: 17.09.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında əlil arabasında qılıncoynatmada şpaqa üzrə komanda yarışlarına yekun vurulub. Kişilərin yarışında bürünc medal uğrunda görüşdə Polşa millisi Yunanıstan yığması ilə qarşılaşıb.
Rəqibini 45:29 hesabı ilə məğlub edən Polşa turnirin bürünc medalına sahib olub. Qızıl medal uğrunda görüşdə Fransa və Çin qılıncoynadanları üz-üzə gəliblər. Görüş 41:41 hesabı ilə başa çatsa da, əlavə göstəricilərə görə, Fransa millisi “Rio-2016”-nın qalibi olub. Qadınların mübarizəsində üçüncü yer uğrunda qarşılaşmada Macarıstan millisi Polşanı 45:44 hesabı ilə məğlub edib. Həlledici görüşdə isə Çin millisi Honk Konqa 45:35 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Paralimpiya Oyunlarında əlil arabasında tennisdə kişilər arasında cütlüklərin yarışında da qalib müəyyənləşib. Bürünc medal uğrunda görüşdə yaponiyalı idmançılar üz-üzə gəliblər. Satoşi Saida - Şinqo Kunieda cütlüyü Takaşi Sanada - Takuya Mıkıya 6:3, 6:4 (2:0) hesabı ilə qalib gələrək Paralimpiya Oyunlarını üçüncü pillədə başa vurublar. Həlledici görüşdə Böyük Britaniya təmsilçiləri Alfie Hevett - Qordon Ried fransalı cütlük Stefan Houdet - Nikolas Peifer ilə üz-üzə gəliblər. Rəqibini 6:2, 4:6, 6:1 (2:1) hesabı ilə məğlub edən Fransa tennisçiləri Rio Paralimpiadasının qızıl medalına sahib olublar.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info