“Qırğızıstandakı soydaşlarımız Azərbaycanın nüfuzunu uca tuturlar”
Tarix: 17.09.2016 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Əzizağa Əliyev: “Diaspor üzvləri səfirliklə birlikdə fəaliyyət göstərməyə hər zaman üstünlük verir”

Xaricdə yaşayan soydaşlarımızın rəsmi vəzifələrdə önə çəkilməsi diasporumuzun uğurdur. Bu, eyni zamanda milli diaspora verilən qiymətdir. Bu baxımdan Qırğızıstandakı diaspor üzvlərimiz də Azərbaycanı layiqli təmsil edirlər. Bu günlərdə Qırğızıstan “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyevə yeni vəzifənin verilməsi bunu bir daha sübut edir. Onun Qırğızıstan Xalqları Assambleyasının sədr müavini seçilməsi hər birimiz üçün fəxrdir. Qeyd edək Ə.Əliyev Qırğızıstanda dünyaya göz açıb. Əməkdar hüquqşünas, I dərəcəli ədliyyə müşaviridir. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
-Qırğızıstan Xalqları Assambleyasının iş prinsipi nədən ibarətdir?
-Qırğızıstan Xalqları Assambleyası 1994-cü ilin yanvar ayının 21-də yaradılıb. Assambleya bu gün Qırğızıstan Respublikasında ən böyük nüfuza sahib olan təşkilatlardan biridir və ölkənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayır. Qırğızıstan Respublikası çoxmillətli dövlət olduğu üçün Qırğızıstan Xalqları Assambleyasına 80-dən çox xalqların nümayəndələri, 28 ictimai birlik daxildir və bu da 6 milyonluq Qırğızıstan əhalisinin 27,4% deməkdir. Qeyd edim ki, Qırğızıstan Xalqları Assambleyasına daxil olan yeganə azərbaycanlı legitim diaspor təşkilatı “Azəri” İctimai Birliyidir.
-Qırğızıstan Xalqları Assambleyasında sədr müavini seçilməyinizi gözləyirdizmi?
- Düzü, gözləmirdim. Həmişəki kimi, Bişkekdə Qırğızıstan Xalqları Assambleyasının Şurasının iclası keçirildi. Şura 65 nəfərdən ibarətdir. İclasda Şuraya üzv olan Qırğızıstan Respublikasının Prezident Aparatının nümayəndələri, bir neçə digər dövlət orqanlarının rəsmiləri və ictimai xadimlər iştirak edirdilər. Tədbirdə üzvlərdən 6 nəfərinin Qırğızıstan Xalqları Assambleyasının sədrinin müavini seçilməsi ilə bağlı səsvermə keçirildi. Səsvermənin nəticələrinə əsasən, sədrin 6 müavinindən biri də mən oldum.
-Azərbaycan dövlətinin yürütdüyü diaspor siyasətini necə qiymətləndirirsiz?
-Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı kimi Prezident İlham Əliyevin daxili və xarici siyasətini hər zaman dəstəkləyirik. Prezident İlham Əliyev həm də dünya azərbaycanlılarının Prezidentidir. Biz hər zaman Prezidentimizlə birgə olacağımızı bəyan etmişik. Xalqımızın yeganə ümidi, xaricdəki soydaşlarımızın yumruq halında birləşərək güclü diaspor yaratması, Azərbaycanın imicinin dünyada tanıdılması yalnız Prezidentimizin yürütdüyü məqsədyönlü siyasət nəticəsində mümkündür. Dövlət başçısı müstəqil Azərbaycanın qüdrətinin daha da artması, əzəli torpaqlarımızın işğaldan azad olunması, xaricdə yaşayan soydaşlarımızla tarixi Vətənimiz arasında əlaqələrin möhkəmlənməsi, diasporumuzun təşkilatlanması yolunda qüvvə və bacarığını heç zaman əsirgəməyib.
-Oradakı soydaşlarımız iki ölkə arasında münasibətlərin inkişafında nə kim rol oynayırlar
-Qırğızıstan Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır. Buradakı həmvətənlərimizin əksəriyyəti 1933-1937-ci illərdə Mərkəzi Asiyaya sürgün edilənlərin - repressiya qurbanlarının ailə üzvləridir. Onların arasında elmlər doktoru, elmlər namizədi, əməkdar xadim (elm, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və ədliyyə), Qırğızıstan Respublikasının “Şöhrət” medalı ilə təltif edilmiş və yüzlərlə hörmətli ziyalılar var. “Azəri” İctimai Birliyinin üzvi olan bu insanlar qürbətdə hörmət qazanaraq Azərbaycanın nüfuzunu uca tutur və ölkələrimiz arasında münasibətləri möhkəmləndirirlər.
-Hansı ictimai-siyasi tədbirlər keçirirsiz?
-Öncə, bildirim ki, “Azəri” İctimai Birliyi 20 ildən artıqdır fəaliyyət göstərir. Təşkilatın Ağsaqqallar Şurası, Gənclərlə iş və s. şöbələri fəaliyyət göstərir. Qeyd edim ki, təşkilatın gənclərlə iş şöbəsinə bu günlərdə Qırğızıstan XİN-in Diplomatik Akademiyasının magistrı Elvin Babayev təyin olunub. O, təşkilatın tədbirlərinin keçirilməsində çox yaxından iştirak edib, tədbirlərin aparıcısı olub. Təhsil aldığı Qırğızıstan XİN-in Diplomatik Akademiyasında müəllim və tələbə heyəti arasında böyük hörmət qazanmış bir gəncdir. Elvin Babayevin həm təhsil aldığı Diplomatik Akademiyada, həm də Akademiyadan kənarda Azərbaycan üçün apardığı uğurlu təbliğat işləri bu gün də öz nəticəsini göstərməkdədir. O, dostluq etdiyi Qırğızıstanın ictimai, siyasi həyatında fəallıq göstərən qırğız gəncləri ilə birlikdə Azərbaycanın multikultrual dəyərlərini nümayiş etdirirdi, ermənilər tərəfindən Azərbaycanın başına gətirilmiş soyqırımları ətraflı şəkildə qırğız xalqının diqqətinə çatdırırdı. İnanıram ki, yeni vəzifədə də öz faydasını verə biləcək.
Birlik çoxtərəfli, faydalı ictimai-siyasi, maarifləndirici işlər aparır. Ana dilimizi qoruyub saxlamaq məqsədilə azərbaycanlıların kompakt yaşadığı yerlərdə şənbə-bazar sinifləri fəaliyyət göstərir, Birliyin hesabına məscid tikilib, mütəmadi olaraq Azərbaycanın və Qırğızıstanın bayram və anım mərasimləri keçirilir.
2013-cü ildə azərbaycanlıların Qırğızıstana sürgün edilməsinin 80 illiyi tamam oldu. Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyi və “Azəri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu acı tariximizin ildönümünə həsr olunan “Küldən bərpa olunanlar” adlı beynəlxalq konfrans və bir sıra mühüm tədbirlər keçirilib.
-Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə əməkdaşlıq edirsizmi?
-Biz bir çox tədbirlərimizi səfirliklə əməkdaşlıq çərçivəsində keçiririk. Ötən il Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun bu ölkədə yaşayan soydaşlarımızın bir qrupu ilə görüş oldu. Mən də o görüşdə iştirak edirdim. Belə görüşlərin keçirilməsində məqsəd Qırğızıstanda yaşayan həmvətənlərimizin qayğı və problemləri ilə yaxından tanış olmaq, onların həlli yollarını tapmaqdır. Görüşdə Qırğızıstanda kompakt yaşayan azərbaycanlılar üçün məktəblərdə Azərbaycan dili sinfinin, Qırğız-Rus Slavyan Universitetində Azərbaycanşünaslıq mərkəzinin yaradılması, vaxtilə sürgünə məruz qalmış həmvətənlərimizin övladlarının Azərbaycanda təhsil ala bilmələri ilə bağlı kvota ayrılması və s. məsələlər müzakirə edildi. Səfir Hidayət Orucov qaldırılan konkret məsələlərdən də söhbət açdı, bununla bağlı tədbirlər görüləcəyini, Azərbaycanın və Qırğızıstanın müvafiq dövlət qurumları ilə iş aparılacağını diqqətə çatdırdı. Biz, diaspor üzvləri olaraq bu istiqamətdə səfirliklə birlikdə fəaliyyət göstərməyə hər zaman üstünlük veririk.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info