UNEC-də diferensial əməkhaqqı sisteminin nəticələri açıqlanıb
Tarix: 17.09.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


T oplanan ballara əsasən müəllimlərin əməkhaqlarına əlavələr olunacaq - İlk onluğa daxil olanların maaşı iki dəfə artırılacaq

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) diferensial əməkhaqqı sisteminin 2015/16-cı tədris ili üzrə nəticələri ictimaiyyət nümayəndələrinə açıqlanıb. UNEC-in rektoru, professor Ədalət Muradov diferensial əməkhaqqı sistemi barədə məlumat verərək bildirib ki, Türkiyə, ABŞ, Avropa və Rusiya universitetlərinin təcrübəsinə əsaslanan sistem universitetdə ötən tədris ilindən tətbiq edilir.
Qeyd olunub ki, sistemin tətbiqi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilir. Əməkhaqlarına diferensial əlavələrin edilməsinin məqsədi pedaqoji heyətin motivasiyasının təmini və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir. Heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçirilib. Mütəmadi olaraq hər ay üzrə diferensial əməkhaqqı sistemi əsasında müəllimlərin, kafedra və fakültələrin reytinq siyahısı universitetin rəsmi saytında yerləşdirilib. Rektor bu ildən başlayaraq hər tədris ilində - sentyabrın 1-dən iyunun 30-dək toplanan ballara əsasən müəllimlərin əməkhaqlarına əlavələr olunacağını bildirib: “Əlavələr mövcud əməkhaqqının 1,2 - 2 misli qədər nəzərdə tutulub. İlk onluğa daxil olan müəllimlərimizin maaşı iki dəfə, 11-30 onluğuna daxil olan müəllimlərin maaşı 1,7 dəfə, 31-60 onluğun daxil olan müəllimlərin maaşı 1,5 dəfə, sonuncu 61-100 onluğuna daxil olan müəllimlərin maaşı isə 1,3 dəfə artırılacaq. Diferensial əməkhaqqı sistemində müəllimlərlə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyən edilir”. Universitetin yeni layihələrindən söz açan rektor vurğulayıb ki, UNEC 2016/2017-ci il tədris ilində üç layihəyə start verəcək. Birinci layihə -“Lider müəllim+Lider universitet” layihəsi çərçivəsində müxtəlif nominasiyalarla 10 lider müəllim seçiləcək. “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsi əsasında müəllimlərin fəaliyyəti haqqında tələbələrin fikirlərinə üstünlük veriləcək. Üçüncü layihəyə əsasən, 2016/2017-ci il tədris ilində İqtisad Universitetində tədris valideynlərə açıq olacaq. Onlar övladlarının bütün dərslərində iştirak edə və fikirlərini bölüşə biləcəklər. UNEC-in müəllimlərinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyası sədrinin müavini Elşən Bağırzadə sistemin işləmə mexanizmini təqdim edib. Bildirilib ki, pedaqoji heyət il ərzində xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatları xüsusi proqram təminatı vasitəsilə sistemə daxil edib. Məlumatlar müəllimlərin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyanın ekspertizasından keçib. Hər müəllim müəyyən bir kafedra və fakültəyə aid olduğundan, sistem onların illik xidməti fəaliyyət ballarına uyğun olaraq, UNEC üzrə kafedra və fakültələrin də reytinq siyahılarını hazırlayıb. Təqdimatdan sonra ictimaiyyət nümayəndələrinin sualları cavablandırılıb. Sonda online rejimdə diferensial əməkhaqqı sisteminin nəticələri açıqlanıb. Sistemdə statistik göstəricilər üzrə müəllimlərin ilk yüzlüyü, fakültə və kafedraların reytinq siyahısı yer alıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info