AYİB Azərbaycanda aparılan islahatları dəstəkləyir
Tarix: 17.09.2016 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Cənubi Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvaneranı qəbul edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, görüşdə Azərbaycan və AYİB arasında əməkdaşlıq, ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadiyyatın prioritetləri barədə müzakirələr aparılıb, AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin yeni rəhbəri İvana Duarte Azərbaycan tərəfinə təqdim olunub. Nazir Şahin Mustafayev yeni vəzifəyə təyin olunması münasibətilə İvana Duarteni təbrik edib, fəaliyyətinin Azərbaycan-AYİB əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Azərbaycan və AYİB arasındakı səmərəli və uzunmüddətli əməkdaşlığın olduğunu diqqətə çatdıran Şahin Mustafayev bankın ölkəmizdə özəl sektorun inkişafına göstərdiyi dəstəyi xüsusi vurğulayıb. Qeyd olunub ki, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində Azərbaycanda geniş islahatlar həyata keçirilir və özəl sektora dəstəyin davam etdirilməsi prioritetdir. Şahin Mustafayev “Cənub Qaz Dəhlizi” layihəsini, bu yaxınlarda Ələtdə Azad Ticarət Zonasının yaradılması üçün Birləşmiş Ərəb Əmirlikləri şirkətinin məsləhətçi qismində prosesə cəlb edildiyini, ölkəmizin tranzit yükdaşımalarının artırılmasında maraqlı olduğunu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində tədbirlərin davam etdirildiyini qeyd edib, AYİB-lə əməkdaşlığın inkişafı perspektivlərinə dair fikirlərini bölüşüb, infrastruktur layihələrinin reallaşdırılmasına və biznesin inkişafına AYİB-in dəstək göstərməsinin əhəmiyyətini vurğulayıb. AYİB-in Cənubi Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvanera Azərbaycanda iqtisadi sahədə, o cümlədən sahibkarlığın inkişafı, gömrük, özəlləşdirmə və digər sahələrdə aparılan islahatlardan məmnunluğunu bildirib, Bankın bu addımları dəstəklədiyini diqqətə çatdırıb. AYİB ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini, ölkə iqtisadiyyatının müxtəlif sahələrində bir sıra layihələrin icrasına maliyyə dəstəyi göstərildiyini qeyd edən Bruno Balvanera həyata keçirilən layihələrə və əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib. AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin yeni rəhbəri İvana Duarte Azərbaycanda fəaliyyətə başlamasının ölkədə iqtisadi sahədə ciddi islahatların aparıldığı dövrə təsadüf etdiyini qeyd edib və AYİB-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info