İran şirkətləri Pirallahı Sənaye Parkının imkanlarından yararlanacaq
Tarix: 17.09.2016 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib.
Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm əhəmiyyətini qeyd edib. Azərbaycan-İran iqtisadi əlaqələri və həyata keçirilən birgə layihələr barədə danışan Şahin Mustafayev Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 km-lik dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşacağını vurğulayıb. Bildirilib ki, bu ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 70% artıb. Bu yaxınlarda iş adamlarının iştirakı ilə Bakıda keçiriləcək növbəti Azərbaycan-İran biznes forumu iqtisadi əməkdaşlığın, xüsusilə iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətli olacaq. Görüşdə İran şirkətlərinin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış və əsasən əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq Pirallahı Sənaye Parkının imkanlarından da yararlana biləcəyi diqqətə çatdırılıb. Son dövrlərdə Azərbaycan-İran əlaqələrinin daha da genişləndiyini vurğulayan İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin səfir olduğu dövrdə 20-si 2016-cı ilin ötən dövründə olmaqla iqtisadi sahədə 50 sənədin imzalandığını qeyd edib. İran-Azərbaycan iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair fikirlərini bildirən Möhsün Pakayin 19-21 sentyabr tarixlərində “Baku Expo” Mərkəzində İran məhsullarının 2-ci ixtisaslaşmış sərgisinin keçiriləcəyini vurğulayıb və İqtisadiyyat nazirini sərgiyə dəvət edib. Görüşün sonunda nazir Şahin Mustafayev Azərbaycan-İran əlaqələrinin inkişafında səfir Möhsün Pakayinin səmərəli fəaliyyətini vurğulayaraq, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info