“Bakı Metropoliteni”ndə milli musiqi günü qeyd olunub
Tarix: 19.09.2016 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Milli Musiqi Günü münasibəti ilə metropolitendə növbəti sosial layihə həyata keçirilib. Bu əlamətdar günlə əlaqədar “Bakı Metropoliteni” QSC-nin həyata keçirdiyi növbəti sosial layihə çərçivəsində “İçərişəhər”, “28 May” və “Elmlər Akademiyası” stansiyalarında sərnişinləri canlı musiqi ifası qarşılayıb. 
Stansiyaların əsas vestibüllərində sərnişinləri Azərbaycan Dövlət Konservatoriyasının və Bakı Musiqi Akademiyasının musiqi kollektivlərinin ifası feyziyab edib.
"Elmlər Akademiyası" stansiyasında saat 11:00-də, "28 May"da 12:15-də, "İçərişəhər"də isə 13:30-da simli kvartetin canlı konserti başlanıb. Onlar bir saat ərzində dünya və Azərbaycan musiqisinin klassik sənət nümunələrini ifa ediblər.
Kvartetin çıxışı başa çatdıqdan sonra aksiya milli musiqi üçlüyünün ifası ilə davam etdirilib. Bu dəfə sərnişinlər Azərbaycan folkloru və milli musiqisinin ən gözəl parçalarına qulaq asmaq imkanı əldə ediblər.
Layihənin əsas məqsədi Azərbaycan və dünya musiqi sənətinin bənzərsizliyini gənc nəslə bir daha xatırlatmaq və sərnişinlərə xoş ovqat bəxş etmək idi.
Qeyd edək ki, bu tədbirlər metropolitendə bir ənənəyə çevrilməkdədir. Ötən ilin dekabr ayıında metropolitendə müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyinə həsr olunmuş iki musiqili aksiya keçirilmişdi. Onlardan biri milli və dünya musiqisi nümunələrinin stansiyalarda canlı ifa edilməsi idi. Bundan savayı, “Bakı Metropoliteni”QSC-nin və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə bir qrup gəncin qatarda dahi bəstəkarın xatirəsinə həsr olunmuş fləşmobu - "Arazbarı" əsərini ifa edilməsi cəmiyyətdə geniş əks-səda doğurmuşdu.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info