BDU-nun on tələbəsi Prezident təqaüdünə layiq görülüb
Tarix: 19.09.2016 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülən tələbələr sırasında Bakı Dövlət Universitetinin (BDU) on tələbəsi var.  
BDU-nun mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, həmin tələbələr aşağıdakılardır: 
Abdullayeva Töhfə Etibar qızı (690 bal)
Bayramlı İlkin İlqar oğlu (686)
Cəfərov Elgün İlqar oğlu (696)
İsayev Elvin Manaf oğlu (700)
Kərimli Elman Bəhruz oğlu (696)
Qurbanlı Həcər Hatəm qızı (691)
Məmmədova Nuranə Asif qızı (687)
Məmmədzadə İlqar Tacəddin oğlu (690)
Səfərli Məhəmməd Elburus oğlu (692)
Şərifli Əli Mütəlim oğlu (686)
 
Prezident təqaüdünə layiq görülən tələbələrdən altı nəfəri Azərbaycan, dörd nəfəri isə ingilis bölməsində təhsil alır. 2015-2016-cı tədris ilində BDU-nun altı tələbəsi Prezident təqaüdünə layiq görülmüşdü.
 
Xatırladaq ki, bu il qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 299 nəfəri, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfəri Bakı Dövlət Universitetini seçib. Ümumilikdə BDU-ya 4798 tələbə qəbul olub ki, bu da ötən tədris ilindən 526 nəfər çoxdur. 4798 tələbədən 2349-u dövlət sifarişi əsasında qəbul olunub ki, bu da respublika ali təhsil müəssisələri üzrə ən böyük rəqəmdir və respublika üzrə dövlət sifarişi əsasında ayrılmış ümumi yerlərin 20%-nə qədərini təşkil edir. 
 
Bu gün təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 17 fakültəsində bakalavriat pilləsində 60, magistratura pilləsində isə 37 ixtisas və 204 ixtisaslaşma üzrə təhsil alan tələbələrin sayı 21 mindən çoxdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info