1015 nəfər əlilliyi olan şəxs istirahətə göndərilib
Tarix: 19.09.2016 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Sentyabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 40 nəfər əlilliyi olan şəxs Şəki rayonundakı istirahət mərkəzinə yola salınıb. Bununla da cari ilin yaz-yay mövsümündə nazirliyin xətti ilə əlilliyi olan şəxslərin ölkəmizin səfalı guşələrində istirahətinin təşkili işlərinə yekun vurulub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bu ilin yaz-yay mövsümündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən ümumilikdə 1015 nəfər əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulmuşdu. Bununla da həmin vətəndaşların artıq hamısının Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı müvafiq müəssisələrə xüsusi nəqliyyat vasitəsi ilə istirahətə göndərilməsi təmin olunub”,- deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov əlillərin yola salınması zamanı bildirib.
Şöbə müdiri əlavə edib ki, əlillərin istirahətinin təşkili işləri “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda həmin insanlarla bağlı nəzərdə tutulan tədbirlərdən biridir: “Məqsəd ondan ibarət idi ki, əlilliyi olan şəxslər də cəmiyyətin digər üzvləri kimi yaz-yay mövsümündə mənalı istirahət etmək imkanlarına malik olsunlar. Bu tədbir cari ildə də uğurla həyata keçirildi və artıq yekunlaşdı. Bununla yanaşı, proqramda əlilliyi olan şəxslərin reabilitasiyasına şəraitin yaradılması və ixtisaslaşmış bərpa müalicəsi xidməti ilə təmin olunmaları, onların sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi və s. tədbirlər də yer alıb. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya yönümlü xidmətlərlə təmin edilməsi də bu tədbirlər sırasındadır. Qeyd olunan istiqamətlərdə işlər davam etdirilir”.
Yola salınan əlillər istirahətlərinin təşkil olunmasından razı qaldıqlarını vurğulayıblar. Onlar bu tədbirin Azərbaycan Prezidenti İlham Əliyevin sosial cəhətdən həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısının növbəti əməli təsdiqi olduğunu bildirib, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
 
Tural





 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info