Budapeştdə erməni yalanlarını ifşa edən sənədli filmin təqdimatı olub
Tarix: 19.09.2016 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin dosenti, tanınmış jurnalist və tədqiqatçı Şəlalə Həsənovanın müəllifi olduğu “Tarixi həqiqətlərin izi ilə” iki hissəli sənədli filminin təqdimat mərasimi keçirilib. Film gerb və erməni alimlərinə istinadlar, İlkin mənbələrin tədqiqi, zəngin arxiv mənbələri əsasında, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə çəkilib." "Tarixi həqiqətin izi ilə" adlı silsilədə birləşdirilən iki filmin birincisi "İlk xristian ölkəsinin izi ilə" adlanır və ermənilərin guya tarixdə ilk xristian dövləti olmaları barəsində mifi tutarlı arqument və faktlarla təkzib edir. Onların Cənubi Qafqaza, indi yaşadıqları və işğal etdikləri ərazilərə sonradan gəlmələri sübuta yetirilir. " İrəvanda azərbaycançılığın izi ilə" adlanan ikinci kinolentin saundtrekini bu film üçün xüsusi hazırlanmış "İravan" repi təşkil edir. Burada Ermənistanın indiki paytaxtı İrəvanın əsrlər boyu türk-Azərbaycan şəhəri olması, burada türk-İslam mədəniyyətinin sonralar ermənilər tərəfindən məhv edilən, yaxud tarixləri saxtalaşdırılan çoxsaylı abidələrin mövcudluğu barədə bəhs olunur. Film ingilis və rus dillərində hazırlanmışdır, bu da maraqlı ekran əsərinin beynəlxalq miqyasa çıxarılmasını asanlaşdırır. Təqdimat mərasimində Macarıstanın elm və mədəniyyət adamları, diplomatik korpusun nümayəndələri, diaspor üzvləri, macar və azərbaycanlı tələbələr iştirak etmişlər.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info