Nefti bahalaşdıran amillər
Tarix: 19.09.2016 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Dünya bazarında neft bahalaşıb. 
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,81 dollar artaraq  43,84 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,76 dollar artaraq 46,53 dollar olub.
 
Neftin bahalaşmasının bir neçə səbəbi var. İlk növbədə "qara qızıl"ın qiymətinə müsbət təsir edən amil odur ki, Liviya rəhbərliyinin açıqlamalarına baxmayaraq Ras-Lanuf limanından neft tankerlərini yola salmaq mümkün olmayıb. Ölkədə baş verən vətəndaş müharibəsi səbəbindən terminal iki il fəaliyyətsiz qalıb.

Bununla yanaşı, Venesuela prezidenti Nikolas Maduro bildirib ki, neft istehsalçıları "hasilatın dondurulması barədə sentyabrda elan edə bilər".
 
Xatırladaq ki, neft bazarı ötən həftəni pessimistik notlar üzərində başa vurub. Buna səbəb Liviya, İran, Nigeriya kimi ölkələrin dünya bazarına çıxardığı neftin həcmini artırmaq niyyətində olduğunu bəyan etməsidir. Ümumilikdə, ötən həftə Brent markalı neftin qiyməti 5% azalaraq 46 dollardan aşağı enib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info