Özbəkistanın “kultura.uz” portalı Şəkinin tarixi və mədəniyyətindən yazıb
Tarix: 19.09.2016 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Azərbaycanın Özbəkistandakıl səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki kultura.uz portalında qədim Şəki şəhəri haqqında rus dilində material yerləşdirilib.
Məqalədə bildirilir ki, Şəki şəhərinin 2700 yaşı var və bu qədim şəhər Azərbaycanın tarixi və mədəni mərkəzlərindən biridir. Şəki Bakı şəhərindən 400 kilometr qərbdə yerləşir və dəniz səviyyəsindən 500-850 metr yüksəklikdədir.
Bu şəhərdən keçən Böyük İpək Yolu Şəkini ticarət mərkəzi kimi tarixə salıb. Şəkidəki Karvansara həm memarlığına, həm də orjinal tikinti üslubuna görə təkrarolunmaz abidədir və qədimdə olduğu kimi, indi də mehmanxana kimi istifadə edilir.
Qeyd olunur ki, Şəki həm də Qafqazın ipəkçilik mərkəzi kimi məşhurdur. 1861-ci ildə bu şəhərdə dünyada ən böyük ipəkçilik fabriklərindən biri tikilib.
Sonra materialda Şəkinin tarixi abidələri haqqında məlumat verilir, şəbəkə istaları barədə söhbət açılır. Bildirilir ki, Şəki xanlarının sarayı tikilərkən burada bir mismardan belə istifadə edilməyib.
Həmçinin yazıda vurğulanıb ki, qədim Şəki şəhəri 2016-cı ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info