Müsavatın mitinqinin ən murdar siması: yenə də İsa Qəmbər FİASKO
Tarix: 19.09.2016 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Mitinq iştirakçıları aksiya başa çatmamış stadionun ərazisini narazı şəkildə tərk edirlər
Müsavat partiyasının bu gün “Məhsul” stadionunda keçirdiyi aksiya uğursuz alınıb. SİA-ya daxil olan məlumata görə, partiyanın sabiq başqanı öz çıxışı zamanı dövlətçilik maraqlarına qarşı ifrat dərəcədə qərəzli və əsassız fikirlərə yer verərək, nəticədə özünü ifşa edib. Belə ki, dövlətin yürütdüyü demokratik siyasətə qarşı böhtançılıq, şər və qarayaxma yolu ilə kölgə salmağa cəhd edən İsa Qəmbər danışığı əsnasında özünün hakimiyyətdə olduğu dövrləri unudub.
Xatırladaq ki, məhz AXC-Müsavat cütlüyünün iqtidarı zamanı İsa Qəmbər həm Ali Sovetin sədri, həm də dövlət başçısı vəzifəsini müvəqqəti icra edən şəxs kimi ölüm hökmünün icra eidlməsinə imza atıb. Bununla o ölüm hökmünün ləğvi istiqamətində başladılan prosesə göz yumaraq qaniçənlik, vəhşilik, qeyri-insanilik və murdarlıq nümayiş etdirmiş olub. Halbuki, həmin vaxtlar post-sovet məkanında ölüm hökmlərinin ləğv olunması prosesinə başladılmışdı və ölkələr ölüm hökmünə məruz qalmış şəxslərə qarşı humanistlik göstərərək, qanunun rəsmi qəbulunu gözləyirdilər. Hələ o dövrdə AMİP sədri "İsa Qəmbər sənin əlin bu xalqın qanına batıb" deyirdi.
İsa Qəmbər isə bu prinsipləri ayaq altına ataraq, qeyri-insani və qeyri-demokratik addıma gedib, 10 nəfər insanın qətlinə öz murdar imzasını atıb.
Məlumatımıza görə, bu günkü mitinqə “demokratiya”, “insan haqları” və s. keyfiyyətlərdən dəm vuran İsa Qəmbərin məlum qərəzli fikirləri səsləndikdən sonra aksiyada iştirak edən bəzi insanlar onun simasızlığından təəccüblənərək, Müsavatın sabiq başqanına etiraz fiti səsləndirib “Məhsul” stadionunu tərk ediblər. İştirakçılar anlayıblar ki, Müsavatın keçirdiyi mitinq bilavasitə dövlətçiliyin və Azərbayca xalqının maraqlarına qarşı təşkil olunub.
Xatırladaq ki, avqust ayının ortalarından başlayaraq, Müsavat rəhbərliyi Bakıda fəaliyyət göstərən bəzi Qərb səfirliklərinə çağırılaraq, mitinq keçirmək barədə təlimatlar alıblar. Bunun üçün partiyaya 100 min dollar civarında maddi yardımın da olunduğu informasiyalar sırasındadır.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info