“Vətəndaş Cəmiyyəti “ təşviqat qrupunun nümayəndələri Qubada seçicilərlə görüşdü
Tarix: 19.09.2016 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Quba rayonunda Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndələri rayon seçiciləri ilə növbəti görüş keçiriblər. Quba və ətraf rayonların sakinlərinin qatıldığı görüşdə bu ayın 26 sentyabrında ölkəmizdə keçiriləcək referendum və onun əhəmiyyəti barədə çıxışlar edilib, suallar cavablandırılıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili, Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Səttar Mehbalıyev Azərbaycanda Konstitusiya islahatlarının tarixi və aparılan dəyişikliklərin məzmunu barədə iştirakçılara geniş məlumat verib. O, bildirib ki, Konstitusiyaya ediləcək dəyişikliklərin əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini gücləndirmək,həmçinin dövlətin təhlükəsizliyini daha etibarlı şəkildə qorumaqdır. Bundan başqa iqtisadi inkişaf tempinin dinamikliyinin saxlanılması, çevik idarəetmə aparatının yaradılması, struktur islahatlarının sürətləndirilməsi baxımından 26 sentyabrda keçiriləcək Referendum ölkəmiz üçün olduqca vacibdir. Hər bir vətəndaş səsvermədə aktiv iştirakı dövlətimizin daha da güclü olması üçün vacibdir”.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Rufiz Qonaqov isə Konstitusiyaya ediləcək dəyişiklikləri zəruri edən amillər, onun vacibliyi və əhəmiyyəti barədə çıxış edib. Rufiz Qonaqov bildirib ki, dünyanın qabaqcıl ölkələrində zamanın tələbinə uyğun olaraq konstitusiya islahatları aparılır: “Dövlətin təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi və insan haqlarının müdafiəsinin gücləndirilməsi üçün hüquqi ishalatların aparılmasına ehtiyac var. Dünyada və regionda cərəyan edən proseslər, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, bunun fonunda Azərbaycana olan diqqətin artması Konstitusiya islahatlarının aparılmasını zəruri edir. Beynəlxalq hüququn subyekti olan Azərbaycan həm siyasi, iqtisadi, həm idman, mədəniyyət, həm də digər sektorlarda dünyada öz sözünü deyir. Bütün sahələr üzrə ölkədə inkişaf müşahidə olunmaqdadır. Dünyada və regionda baş verən proseslər Azərbaycanı konstitusiya islahatları aparmağa vadar edir. İnanıram ki, sentyabrın 26-da keçiriləcək referendum Azərbaycanda yeni bir siyasi düzənin başlanğıcı olacaq və yeni iqtisadi tərəqqinin əsasını qoyacaq”.
Rufiz Qonaqov əminliklə qeyd edib ki, Referendum Azərbaycan xalqının iradəsini bir daha ortaya qoyacaq və ölkəmizin daha da güclü olması üçün xalq 26 sentyabrda səsvermədə aktiv iştirak edəcək: “Referendumda iştirak etmək, ölkənin sabahına, inkişafına töhfə vermək hər kəsin vətəndaşlıq borcudur”.
Milli QHT Forumunun sədri, Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Rauf Zeyni çıxışında bildirdi ki, keçiriləcək Referendumla bağlı vətəndaş cəmiyyətinin üzərinə böyük yük düşür: “Biz vətəndaş cəmiyyətinin nümayəndələri olaraq konstitusiya islahatlarının əhəmiyyətini, bunun müsbət tərəflərini, dövlətçiliyimizin güclənməsi üçün vacibliyini ictimaiyyətə izah etməli, təbliğatımızı daha gücləndirməli və genişləndirməliyik. Ümumiyyətlə, vətəndaş cəmiyyəti bu referendumda aktiv iştirak etməli, cəmiyyəti bu prosesə cəlb etməlidir. İnanıram ki, bizim gördüyümüz işlər hədər getməyəcək, xalq 26 sentyabrda keçiriləcək seçkilərdə iştirak edərək dövlətçilik mövqeyini ortaya qoyacaqdır”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info