“Azərbaycan rəhbərliyi yəhudi icmasına dünyada presedenti olmayan qayğıkeş və səmimi münasibət göstərir”
Tarix: 19.09.2016 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin dünya yəhudi diasporunun liderləri, o cümlədən Ümumdünya Yəhudi Konqresinin (ÜYK) prezidenti Ronald Lauder, baş icraçı direktoru Robert Zinger, Konqresin vitse-prezidenti Qod Nisanov, Avrasiya Yəhudi Konqresinin prezidenti Yulius Maynl, Rusiya Yəhudi Konqresinin (RYK) prezidenti Yuri Kanner, vitse-prezidenti German Zaxaryayevlə görüşü Azərbaycan və yəhudi xalqları arasında münasibətlərin inkişafı baxımından mühüm tarixi əhəmiyyət daşıyır.
Bu fikri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndələyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut İsrailin Doqquzuncu televiziya kanalında yayımlanmış “Günün qəhrəmanı” proqramında səsləndirib.
“Dost Azərbaycan” adlı süjetdə bildirilir ki, Prezident İlham Əliyev görüşdə Azərbaycan və yəhudi xalqları arasında qarşılıqlı münasibətlərin zəngin tarixə malik olduğunu və Azərbaycanın yəhudi icmasının ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini vurğulayıb.
Proqramın aparıcısının ÜYK nümayəndə heyətinin səfəri barədə sualını cavablandıran beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi 25 il ərzində ilk dəfə olaraq Odlar Yurduna Ronald Lauderin rəhbərliyi altında dünya yəhudi diasporunun bu cür nüfuzlu və geniş nümayəndə heyət səfər edib. Arye Qut deyib: “Bu səfərin təşkilində və reallaşmasında böyük rol, əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Habelə münasibətlərin qurulmasında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun mühüm rolu olub. Bu səfər bir daha sübut etdi ki, Azərbaycan multikulturalizm və tolerantlıq “adası”dır. Tarix göstərir ki, azərbaycanlılar heç vaxt yəhudilərə, onlar da heç vaxt azərbaycanlılara xəyanət etməyiblər”.
ÜYK nümayəndə heyətinin dağ yəhudilərinin yaşadıqları Qırmızı Qəsəbəyə baş çəkdiyini qeyd edən ekspert deyib: “ÜYK nümayəndə heyətinin Azərbaycana səfərinin təşəbbüskarları məhz əslən Qırmızı Qəsəbədən olan Qod Nisanov və German Zaxaryayev olublar. Onlar nümayəndə heyətini Qırmızı Qəsəbənin tarixi, Azərbaycan və yəhudi xalqları arasında dostluq və qardaşlıq münasibətləri, respublika rəhbərliyinin və Azərbaycan xalqının yəhudi icmasına hörməti və səmimi münasibəti barədə məlumatlandırıblar. Qırmızı Qəsəbə dünyada dağ yəhudilərinin yığcam yaşadıqları yeganə xüsusi yerdir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyudur doğma qardaş kimi yaşayırlar, onları ortaq tale və tarix birləşdirir. Bu tarixi faktdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və biz əslən Azərbaycandan olanlar bundan qürur duyuruq. Bütün bu faktlar sübut edir ki, Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoqun əsl nümunəsidir”.
Arye Qut qeyd edib ki, ÜYK nümayəndə heyətinin səfərinin əsas məqsədi dünya yəhudi diasporu ilə Azərbaycan arasında sıx münasibətlər yaratmaq, digər tərəfdən Azərbaycan yəhudi icmasının həyatı ilə tanış olmaq idi.
“Qürurla demək istəyirəm ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasına dünyada presedenti olmayan qayğıkeş və səmimi münasibət göstərir. Prezidentin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi tikilib. Azərbaycanda yəhudi muzeyinin yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Əgər kimdəsə əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan kimi ölkənin İsraillə yüksək səviyyədə dialoq, əməkdaşlıq və tərəfdaşlığı necə qurmasına dair sual yaransa, o zaman yəhudilərin məşhur Qırmızı Qəsəbəsinə baxmaq kifayət edər”, - deyə Arye Qut “Günün qəhrəmanı” proqramında vurğulayıb.
İsrail-Azərbaycan münasibətlərinin inkişafından və perspektivlərindən danışan ekspert deyib: “Azərbaycan-İsrail əməkdaşlığı və tərəfdaşlığı çiçəklənir, ölkələr arasında ticarət dövriyyəsi təxminən 3,5 milyard dollardır. Əgər əvvəl ticarət dövriyyəsi neft və qaz sənayesi üzərində qurulmuşdusa, hazırda qarşılıqlı münasibətlər iqtisadiyyatın digər sektorlarına şaxələnir. Onu qeyd etmək kifayətdir ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrail Azərbaycanın boru kəmərlərindən, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəmərindən öz iqtisadiyyatı üçün istifadə edir”.
Arye Qutun sözlərinə görə, biz bu gün Avropada multikulturalizm konsepsiyasının iflasa uğramasının şahidi oluruq. Lakin müstəqil Azərbaycanın simasında görürük ki, bu ölkə sabitlik, multikulturalizm və tolerantlıq “adası” olaraq qalır. O, müsahibəsini bu fikirlərlə tamamlayıb: “Düşünürəm ki, bu səfər Azərbaycan ilə dünya yəhudi diasporu arasında münasibətlərin, eləcə də İsrail və Azərbaycan dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsinə kömək edəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Donald Tramp vә İmran Xan arasında telefon danışığı olub
20.08.2019
Qırğızıstanın sabiq Prezidentinin oktyabrın 26-dək həbsdə qalması ilə bağlı qərar qəbul edilib
20.08.2019
Son bir həftədə Yaponiyada istilərdən 7 nəfər ölüb
20.08.2019
Qaçqın problemi Avropa üçün təhlükəli hal alır
20.08.2019
Əfqanıstanda bombalı hücum

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info