“Multikulturalizmlə bağlı yeni mediada düzgün iştirak günün tələbidir” adlı kitabça çap edilib
Tarix: 19.09.2016 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Sosial və internet mediada gənclərin multikulturalizmlə bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində “Multikulturalizmlə bağlı yeni mediada düzgün iştirak günün tələbidir” adlı kitabça çap edib. Bu barədə ictimai birlikdən bildirilib. Kitabçanın, əsasən yeniyetmə və gənclər, tələbələr, eləcə də gənclər təşkilatları və QHT-lər, müvafiq qurumlar arasında paylanması nəzərdə tutulub. Kitabçada yuxarıda adı çəkilən layihənin icrası, təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında ərsəyə gəlmiş materiallar əksini tapıb.
Layihə çərçivəsində ərsəyə gəlmiş broşür vasitəsilə yeni media və internetlə bağlı müvafiq qurumlar, QHT-lər də ekspert təklif və ideyalarından bəhrələnmək imkanı qazanacaqlar. Qeyd edək ki, broşürün çap edilməsi ilə sözügedən layihə başa çatdırılıb. Layihənin həyata keçirilməsi ümumilikdə yeniyetmə və gənclər arasında yeni media vasitələrində multikulturalizmlə bağlı bilgilərin, bu baxımdan ictimai və hüquqi məsuliyyət hissinin artırılmasına önəmli dərəcədə yardımçı olacaq. Layihə çərçivəsində Bakıda və regionlarda keçirilmiş təlimlərdə iştırak edən yeniyetmə və gənclər, gənclər təşkilatlarının nümayəndələri, həmçinin jurnalist olmaq istəyən gənclər, tələbələr yeni media vasitələrində multikulturalizmlə düzgün iştirakla bağlı bilgilərini artırmaq, məlumatlanmaq və təlimatlanmaqla yanaşı həmkarları və ictimaiyyət arasında əldə etdikləri bilikləri ötürə və təlqin edə, bununla bağlı virtual məkanda, sosial şəbəkələrdə informasiyalar yaya bilirlər. Eyni zamanda təlimlər həyata keçirilən Masallı və İsmayıllı gəncləri layihədən önəmli dərəcədə faydalanıblar. Bu məqsədlə layihə çərçivəsində yenilənmiş “yenimedia.press” saytı da təkmilləşdirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Bu şəxslərə verilən pul təminatı artırılır - Parlament təsdiq etdi
27.06.2019
Yeni yaradılan kommersiya məhkəmələrinin səlahiyyətləri təsdiq olundu
27.06.2019
Köçkün qəsəbələrində yaşayanlar gender mövzusunda maarifləndiriliblər
27.06.2019
“Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ikinci görüş keçirilib
27.06.2019
Azərbaycanda Həcc ziyarəti üçün müraciətlərin sayı 1100-ü ötüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info