İran şirkəti Azərbaycanda zavod tikmək üçün tərəfdaş axtarır
Tarix: 19.09.2016 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Tehranda fəaliyyət göstərən “NIAMSH” şirkəti Azərbaycanda tibb avadanlığı zavodu tikmək arzusundadır. Bu sözləri Bakı Ekspo Mərkəzində açılan “İran–Proje 2016” II ixtisaslaşmış neft-qaz, əczaçılıq, inşaat, texnika və avtomobil sahəsi üzrə sərgidə şirkətin meneceri Hüsein Hüseini Şirazi deyib.
Şirkət təmsilçisi bildirib ki, sərgidə təqdim etdikləri birdəfəlik tibb avadanlığı əsasən cərrahiyyə sahəsində istifadə edilir. Buraya cərrahiyyə tikiş sapları, birdəfəlik şprislər, sistemlər, həkim xalatları və s. daxildir.
Menecer vurğulayıb ki, şirkət İranda tibb avadanlığı istehsal edən 100 zavod inşa edib. Bu müəssisələr İranın bu sahəyə olan ehtiyacının 30 faizini ödəyir.
Azərbaycanda da bu sahəyə kifayət qədər tələbat olduğunu söyləyən Hüsein Hüseini Şirazi təmsil etdiyi şirkətin sərfəli şərtlərlə Bakıda tərəfdaş axtardığını bildirib. Onun sözlərinə görə, istehsal edilən məhsullar beynəlxalq standartlara tam uyğundur və bir sıra beynəlxalq sertifikatlara layiq görülüb. Qeyd olunub ki, bir zavodun tikintisi həcmindən asılı olaraq 2-15 milyon ABŞ dolları dəyərindədir.
Hazırda isə şirkət bu sahədə Qırğızıstan, Əfqanıstan, Küveyt, İraq, Ukrayna, Belarus və digər ölkələrlə əməkdaşıq edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info