AVRONEST rəsmisi Sərkisyanı qeyri-legitim hesab edir
Tarix: 18.03.2013 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Ermənistanda prezident seçkilərində saxtakarlığın olacağı ilə bağlı verilən proqnozlar özünü doğrultdu. Ermənistan müxalifəti və prezidentliyə namizədlərin, demək olar ki, hamısı prezident seçkiləri zamanı kütləvi qanun pozuntularının qeydə alındığını bildiriblər. Ölkədə səsvermənin gedişini izləyən bir sıra beynəlxalq müşahidəçilər pozuntuların qeydə alındığını deyiblər. Amma bununla belə, beynəlxalq birlik bu seçkiləri tanıdı. AVRONEST Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri AŞPA üzvü deputat Elxan Süleymanov buna etiraz edərək bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, onları narahat edən və dərindən təəssüfləndirən beynəlxalq ictimaiyyətin Ermənistanda keçirilmiş prezident seçkilərini demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından müsbət qiymətləndirməsidir: Bəyanatda Serj Sərkisyanın Xocalı faciəsini törətmiş erməni silahlı birləşmələrinin komandiri olması ağırlaşdırıcı məqam kimi vurğulanır: “Vaşinqtonda yerləşən Beynəlxalq Sülh uğrunda Karnegi Fondunun hazırkı baş əməkdaşı Tomas de Vaal “Qara bağ. Ermənistan və Azərbaycan sülh və müharibə arasında” adlı kitabında yazır ki, erməni hərbi komandiri Serj Sərkisyandan Xocalının zəbt edilməsi haqqında danışmağı xahiş etdikdə o bildirdi ki, “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq”. Sənəddə ən anlaşılmaz məqam kimi isə beynəlxalq ictimaiyyətin bu seçkiləri və onun nəticələrini hüququn aliliyi prizmasından qiymətləndirməklə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və 20% ərazilərin 25 illik işğalı faktına, törədilən bütün müharibə cinayətlərinə, insanlığa qarşı cinayətlərə laqeyd münasibətini nümayiş etdirməsi qeyd edilir: “Beynəlxalq ictimaiyyət hətta müharibə cinayətkarının dövlət başçısı seçilməsini təqdir edir. Beynəlxalq ictimaiyyət bununla da öz sənədlərində ehtiva etdiyi demokratik dəyərlər, insan hüquqlarına hörmət, hüququn aliliyi kimi bütün fundamental normaları ciddi şübhə altına almışdır. Bu isə bütövlükdə demokratik dəyərlər sisteminin və onların qiymətləndirilməsinin korroziyaya məruz qalmasından xəbər verir. Təəssüfləndirici haldır ki, beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən bir milyona yaxın Azərbaycan vətəndaşının insan hüquqlarının kütləvi və kobud şəkildə pozulmasına, 20 ildən artıq müddətdə qaçqın və məcburi köçkünlərin mövcudluğuna və onların öz yurdlarına qayıtmaq və təhlükəsiz yaşamaq kimi əsas hüquqlarının təmin edilməməsinə göz yumur”. Bildirilir ki, belə ağır cinayətlərə görə rəsmi məsuliyyət daşıyan Ermənistan hakimiyyətinin təşkil etdiyi seçkilərin əsl mahiyyəti beynəlxalq ictimaiyyəti düşündürmür: “Ermənistanın törətdiyi təcavüz cinayətləri, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər açıq-aydın insan hüquqları və demokratiyaya dair bütün prinsiplərə zidd olmasına baxmayaraq, ən mühüm beynəlxalq təşkilatlar: ATƏT DTİHB, ATƏT PA, AŞ PA və Avropa Parlamentini təmsil edən rəsmi nümayəndə heyətlərinin çox hörmətli üzvləri bu seçkiləri təqdir edir. Belə antidemokratik mövqe digər üzv ölkələr arasında yeni mübahisələrə təkan verə, hətta gələcəkdə müharibələrə zəmin yarada və şübhəsiz, dünya xalqlarının demokratiyaya olan inamını sarsıda bilər.
Biz işğalçı dövlət olan Ermənistanda keçirilmiş seçkilərə və xüsusilə də günahsız mülki əhaliyə qarşı ağır cinayətlər törətmiş bir şəxsin prezident seçilməsinə beynəlxalq ictimaiyyət tərəfindən demokratiklik, insan hüquqlarına hörmət və hüququn aliliyinə riayət edilməsi müstəvisində qiymət verilməsi cəhdlərinə etiraz edirik və bu seçkiləri qeyri-legitim hesab edirik”. E.Süleymanov beynəlxalq ictimaiyyəti və seçkiləri rəsmi müşahidə missiyalarını Ermənistanda keçirilmiş prezident seçkilərini, Serj Sərkisyanın prezident seçilməsini qeyri-legitim hesab etməyə çağırır: “Eyni zamanda, Avropa İttifaqını Azərbaycan əraziləri hərbi işğaldan azad edilməyənədək Ermənistanla Assosiasiya sazişi imzalamaqdan imtina etməyə, ATƏT və AŞ Parlament Assambleyalarında, Avropa Parlamentində və digər beynəlxalq təşkilatlarda yaranmış vəziyyətin müzakirə edilməsini tələb edirik”.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10703

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info