Tələbələrin istehsalat təcrübə proqramı başa çatdı
Tarix: 19.09.2016 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


“Bakı Metropoliteni” QSC-nin Təhsil Nazirliyi ilə birgə layihəsi uğurla başa çatıb. Metropolitenin inzibati binasının akt zalında ölkənin ali təhsil müəssisələrinin savadlı, bacarıqlı və hazırlıqlı tələbələrindən ibarət SABAH qrupunun üzvlərinə metropolitendə təcrübə keçmələrinə dair sertifikatların təqdim olunma mərasimi keçirilib. 
Mərasimdə təcrübə proqramında iştirak edən gənclər, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, insan resursları şöbəsinin rəisi Azər İsmayılov, diaqnostika və metroloji təminat mərkəzinin rəisi Ebazer Arslanbekov iştirak ediblər.
Xatırladaq ki, təcrübə proqramından Azərbaycanın ali təhsil ocaqlarının daha çox 3-cü və 4-cü kurs tələbələri yararlanıb. Onlar Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat İnstitutu, Azərbaycan Texniki Universitetin tələbələridir. Layihə çərçivəsində gənclər “Bakı Metropoliteni” QSC-nin maliyyə, istismar və tikinti departamentlərinin bir sıra müvafiq şöbələrində 1 ay müddətində istehsalat təcrübəsi keçiblər. 
Tələbələr təcrübə proqramı sayəsində əldə etdikləri bilik və təcrübələrə əsaslanaraq mərasimdə təqdimatla çıxış edib və metropoliten rəhbərliyinə onlara yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Mərasimin sonunda tələbələrə metropolitendə təcrübə keçmələrinə dair sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan gənclərinin inkişafına dəstək olmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsində zəruri işlər görmək metropolitenin mütəmadi həyata keçirdiyi layihələrdəndir. Belə ki, bu layihə tələbələrə təcrübə qazanmaq imkanı verməklə yanaşı, onlar arasında gələcəkdə metropolitendə çalışmaq arzusunda olanlara verilən növbəti dəstəkdir. 
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info