Bu il 1 tondan artıq heroinin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Tarix: 19.09.2016 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin sədri Aydın ƏliyevÜmumdünya Gömrük Təşkilatının Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində əfqanıstanlı gömrükçülər üçün təşkil olunmuş seminarın açılışında  iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn Əfqanıstan Gömrük Departamentinin baş direktoru Əhməd Rəşad Popalı qəbul edib.

Komitənin Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-Əfqanıstan əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

A. Əliyev iki ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.
 
Komitə sədri iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq, 2013-cü ilin fevral ayında DGK nümayəndə heyətinin Əfqanıstana səfərini məmnunluqla xatırladıb, keçirilən görüşlərin, müzakirə olunmuş məsələlərin əhəmiyyətindən danışıb, eləcə də Azərbaycan tərəfinin gömrük işi sahəsində-istər informasiya texnologiyaları, qaçaqmalçılıqla mübarizə, istərsə də kadr potensialının gücləndirilməsi ilə bağlı və s. sahələrdə yardımlarını əfqanlı həmkarlarına bundan sonra da əsirgəməyəcəyini vurğulayıb.
 
A. Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edib, təkcə bu ilin 8 ayı ərzində Əfqanıstan mənşəli 1 ton 100 kiloqramdan artıq narkotik vasitə - heroinin aşkarlandığını, bu narkotik vasitələrin narkokuryerlər tərəfindən Azərbaycan ərazisindən tranzit olaraq daşınmasına cəhd göstərildiyini diqqətə çatdırıb. Bu kimi halların qarşısının alınması üçün əməkdaşlığın önəminə toxunan komitə sədri hər iki ölkənin əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan əməkdaşlarının qarşılıqlı fəaliyyətinin, treninqlərin, seminarların təşkil olunmasının zəruriliyini vurğulayıb.
 
Əfqanıstan Gömrük Departamentinin baş direktoru Azərbaycana səfərindən məmnunluğunu bildirib, eyni zamanda ÜGT-nin Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən seminarın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.
 
Ölkəsinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirən qonaq iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Əfqanıstan gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Qonaq ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu vurğulayıb, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib, eyni zamanda Azərbaycan tərəfinə ölkəsinin gömrük xidmətinə edilən yardımlara görə təşəkkürünü də bildirib.
 
Əhməd Rəşad Popal iqtisadi-ticari əlaqələrdən, ticarət dövriyyəsinin həcmindən də söhbət açıb, dövriyyənin daha da artırılması ilə bağlı imkanların mövcudluğundan bəhs edib. Qonaq iki ölkə arasında gömrük işi sahəsində nəzərdə tutulan normativ-hüquqi sənədin işlənib hazırlanmasının və gələcəkdə imzalanmasının da zəruriliyini bildirib, belə bir sənədin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyini və tərəflərin inteqrasiyasını sürətləndirəcəyini diqqətə çatdırıb.
 
Görüşdə, eyni zamanda gələn ay İranın paytaxtı Tehran şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin gömrük xidməti rəhbərlərinin toplantısında müzakirə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info