Beyin qocalma ilə mübarizə apara bilər
Tarix: 19.09.2016 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Almaniyanın Rur Universiteti mütəxəssislərinin apardığı tədqiqat beyinin qocalma prosesinin qarşısını ala bilmək imkanını üzə çıxarıb. Tədqiqatçılar aşkar ediblər ki, yaşla əlaqədar olaraq insanın hadisələri kateqoriyaya ayırma bacarığı dəyişir.
Yaşlı adamlarda informasiyanı təsnif etmək, diqqəti bir məsələdən digərinə yönəltmək daha çətin olur. Lakin beyin bunu kompensasiya edir. Məlum olub ki, yaşlı insanlar cavanlardan fərqli olaraq incəliklərə daha çox diqqət yetirirlər. Eksperiment aparan alimlər könüllülərə müxtəlif rəngli dairələri iki qrupa ayırmağı məsləhət görüblər. Bəzi dairələr oxşar olub, yerdə qalanlar isə kəskin fərqlənib. Eksperiment prosesində əks əlaqə iştirakçılara dairənin hansı kateqoriyaya aid olmasını başa düşməkdə kömək edib. Tədqiqatçılar könüllülərin cavablarını qeydə alıb, habelə onların beyin fəallığını və gözlərinin hərəkətini izləyiblər.
Mütəxəssislər müşahidə ediblər ki, gənc və yaşlı iştirakçılar oxşar dairələri qruplar üzrə asanlıqla ayırıblar. Lakin böyük fərqə malik dairələr meydana çıxanda yaşlılar çətinlik çəkiblər. Beynin skan edilməsi göstərib ki, könüllü yaşlılar seçim zamanı gənclərdən fərqli olaraq incəliklərə daha çox diqqət ayırıblar. Eksperimentin nəticələri göz hərəkətlərinin təhlilindən sonra təsdiqlənib.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Əsaslı emal olunmuş məhsullardan uzaq durun!
21.05.2019
Arterial təzyiqi aşağı salan 7 ədviyyat
19.05.2019
Səhiyyə Nazirliyi: Hazırda ölkədə qrip xəstəliyi yoxdur
17.05.2019
Azərbaycanda 110 mindən çox insan qızılcaya qarşı peyvənd edilib
12.05.2019
Bu gün Beynəlxalq Tibb Bacısı Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info