ABŞ-ın “səhvi” “İŞİD”-in xeyrinə olub
Tarix: 20.09.2016 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


«ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri ötən şənbə Deyr əz-Zor sahəsində Suriya Silahlı Qüvvələrinə hava zərbələri endirib».
«USA Today» qəzetinin verdiyi məlumata görə 67 dəqiqə çəkən bu hücum zamanı dinc sakinlər arasında da xeyli itki baş verib:”Təbii ki, belə bir əməliyyatı həyata keçirmək üçün, rəsmi olaraq, general çinindən aşağı olmayan hərbçinin göstərişi olmalıdır. Lakin reallıq budur ki, hücum nəticəsində Suriyanın 62 hərbçisi həlak olub, 100-dən artıq hərbçi isə yaralanıb. Məsələnin maraqlı cəhəti isə bundan ibarətdir ki, baş verənlərə «təəssüfünü» bildirən Pentaqon rəhbərliyi həyata keçirdiyi əməliyyatın əsas məqsədinin terrorçuları hədəfə almaq olduğunu bildirərək, apardığı əməliyyatı «səhv» kimi dəyərləndirib”. ABŞ-ın başqa bir nəşri -« American Conservative» isə Amerika qüvvələrinin bu addımının ona baha başa gələ biləcəyini bildirib. Nəşrin bildirdiyinə görə, əgər Amerika, doğrudan da, belə bir «səhv»ə yol veribsə, bu ABŞ-ı çox utancaq və dağıdıcı vəziyyətə qoymuş olur:” Bundan əlavə, ABŞ-ın belə bir addımı Suriyada çoxtərəfli vətəndaş müharibəsi kampaniyasına yeni bir stimul verə bilər. Məsələnin başqa maraqlı cəhəti isə ABŞ-ın hərbi qüvvələrinin əsas zərbəni "İslam Dövləti" ilə üzü-üzə dayanan Suriya hərbçilərinə tərəf endirmələridir. Beləliklə, Amerika Birləşmiş Ştatlarının "səhv"indən daha çox terrorçular faydalanıblar. Qeyd edilməlidir ki, bu arqumentdən Moskva və Dəməşq Vaşinqtona qarşı istifadə edə bilər. Bundan əlavə, baş verənlərin çox pis zamanda- Suriyada atəşkəsin Rusiya tərəfinin cəhdi ilə başlamasından sonra baş verməsidir. Xatırladaq ki, baş verənlərdən sonra ABŞ rəhbərliyinə, terrorçular üçün çox faydalı olan «səhv» addıma qarşı çağırışlar səsləndirilməkdədir. ABŞ-ın Suriyaya qarşı belə "sərt mövqe"yi gələcəkdə Vaşinqton siyasətinə uğursuzluq gətirməklə yanaşı, bu bölgədə gərginliyin artması ilə də nəticələnə bilər”. Qeyd etmək yerinə düşər ki, ABŞ-ın hava hücumundan sonra «İslam dövləti»nin qüvvələri Deyr əz-Zor şəhəri yaxınlığında Suriya Ordusuna hücuma başlayıb. Məhz elə bu məqamda da, Vaşinqton təyyarələri hava hücumlarına ara veriblər. Suriya ordusunun təpələrdə yerləşdiyini bildirən prezident müşaviri Buseyn Şaban deyib: «Belə görünür ki, təyyarəçilərlə terrorçular arasında hər şey əvvəlcədən razılaşdırılmışdı». O, eyni zamanda, . amerikalıların bu hücumunun təsadüf olmadığını da bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info