Heydər Əliyev Mərkəzi gənclər arasında müsabiqə elan edib
Tarix: 19.03.2013 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar istedadlı gənclər arasında “Azərbaycanımla fəxr edirəm" adlı yazı müsabiqəsi elan edib. Mərkəzdən verilən məlumata görə, müsabiqəyə təqdim olunan məqalələr Azərbaycanın müxtəlif sahələrdəki nailiyyətləri, ölkənin inkişafında gənclərin rolu, bu istiqamətdə gənclərin verə biləcəyi töhfələrlə bağlı olmalıdır. Azərbaycan gənci bütün bu sahələrdə fikir və təkliflərini “Azərbaycanımla fəxr edirəm” adlı məqalədə bölüşə və qalib ola bilər.
Müsabiqəyə göndərilən məqalələr araşdırma xarakterli olmalıdır. Məqalələr 12 ölçülü “Times New Roman“ şriftində, 5-6 min çap işarəsindən az olmamaqla təqdim edilməlidir. Məqalənin sonunda yazının bu müsabiqəyə təqdim edildiyi göstərilməli, müəllifin adı, soyadı, elektron poçt ünvanı, əlaqə telefonları qeyd olunmalı, müəllifin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Elektron poçt vasitəsilə göndərilən məqaləyə şəxsiyyəti təsdiq edən sənədin foto-surətinin elektron versiyası əlavə olunmalıdır. Müsabiqəyə məqalələr martın 27-dən aprelin 27-nə qədər Heydər Əliyev Mərkəzinə və ya Mərkəzin elekton poçt ünvanlarına göndərilməlidir. 1-ci yerin qalibinə noutbuk və 1 illik internet paket, 2-ci yerin qalibinə masaüstü kompyuter və 1 illik internet paket, 3-cü yerin qalibinə planşet kompyuter və 1 illik internet paket hədiyyə ediləcək. Müsabiqədə fərqlənən daha 20 nəfərə həvəsləndirici mükafat - mini planşet kompyuterlər təqdim olunacaq.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info