Rusiyada “Yedinaya Rossiya” qələbə qazanıb
Tarix: 20.09.2016 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Rusiya Prezidenti Vladimir Putin və Rusiya hökumətinin sədri Dmitri Medvedev Dövlət Dumasına seçkilərdə “Yedinaya Rossiya” Partiyasının qələbə qazandığını elan ediblər.
Səsvermənin ilkin nəticələri elan olunduqdan sonra V.Putin və D.Medvedev “Yedinaya Rossiya” Partiyasının mənzil qərargahına gəliblər. D.Medvedev qeyd edib ki, səsvermədə iştirak edən seçicilərin əksəriyyəti “Yedinaya Rossiya” Partiyasına səs verib. O deyib: “Əminliklə demək olar ki, biz qalib gəlmişik”. Prezident V.Putin çıxışında bildirib ki, “Yedinaya Rossiya” Partiyası çox yaxşı nəticələr nümayiş etdirib. V.Putinin sözlərinə görə, hazırda ölkədə vəziyyət çətin də olsa, insanlar “Yedinaya Rossiya” Partiyasına səs verib. O deyib: “İnsanlar siyasi sistemin sabit olmasını istəyirlər. Onlar ölkədə, siyasi sahədə, parlamentdə vəziyyətin etibarlı olmasını istəyirlər. İnsanlar görürlər ki, “Yedinaya Rossiya” Partiyasının nümayəndələri onlar üçün canla-başla çalışırlar”. Rusiya dövlətinin başçısı vurğulayıb ki, parlamentdə təmsil olunan digər partiyalarla da “təmas nöqtələri” tapmaq, cəmiyyətin əksər hissəsini razı salacaq qərarlar qəbul etmək lazımdır. Qeyd edək ki, Azərbaycan Prezidenti qələbə münasibətilə Rusiya hökumətinin sədri Dmitri Medvedevi təbrik edib.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Ermənistanda gələn il üçün də doğum və nikahın azalması proqnozlaşdırılır
19.06.2019
“Kıbrıs mövzusunda federasiya prosesi sona çatdı”
18.06.2019
Çavuşoğlu: “Türkiyə və Azərbaycanın münasibətləri daha da möhkəmlənəcək”
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info