Gənclər ədliyyə orqanlarına qulluğa qəbul olunub
Tarix: 20.09.2016 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Dövlət siyasətinə uyğun olaraq ədliyyə orqanlarında gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır. Gənclərin işlə təminatı daim diqqətdə saxlanılaraq şəffaf seçimlər əsasında son illər 2 minə yaxın gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən “Palitra”ya verilən məlumatda qeyd edilir ki, hazırda ədliyyə sistemində çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir və onlar ədliyyənin müxtəlif sahələrində püxtələşərək uğurla fəaliyyət göstərirlər. İmtahanlarda iştirakın sadələşdirilməsi məqsədilə elektron xidmətlərdən geniş istifadə olunur, bu zaman təkcə elektron qaydada ərizə ilə müraciət etmək kifayətdir. Namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə əvvəlcədən Ədliyyə Akademiyasında hazırlıq kursları təşkil edilir. Bununla yanaşı, nazirliyin tibb xidmətində yüksək ixtisaslı həkim-mütəxəssislərə ehtiyac nəzərə alınaraq Nazirlər Kabinetinin sərəncamına əsasən 2009-cu ildən etibarən hər il Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə nazirlik üçün tələbə qəbulu həyata keçirilir. Bu günlərdə 90 nəfər gənc ədliyyə orqanlarına işə qəbul olunub. Onlardan böyük əksəriyyəti qulluğa qəbulla bağlı keçirilmiş builki müsabiqədə uğur qazanan hüquqşünaslar, habelə nazirliyin sərəncamına göndərilmiş ATU-nun Hərbi tibb fakültəsinin məzunlarıdır. Yeni təyinatla əlaqədar ədliyyə naziri Fikrət Məmmədovun həmin gənclərlə görüşü keçirilib. Ədliyyə naziri görüşdə çıxış edərək ölkə Prezidentinin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisi üzrə görülən işlərdən ətraflı danışıb. Nazir hər bir ədliyyə işçisindən məsuliyyət, etik davranış qaydalarına dönmədən əməl olunması, insanlara qayğılı münasibət göstərilməsi, korrupsiyanın yolverilməzliyi kimi əsas meyarların tələb olunduğunu bildirib, gənclərə vətənpərvər və milli ruhda fəaliyyət göstərmələri, bilik və bacarıqlarını dövlətimizin inkişafı naminə səfərbər etmələri, xidməti vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyə və tapşırıqlarını verib, uğurlu fəaliyyət arzulayıb. Daha sonra təyinat almış yeni əməkdaşlar üçrəngli bayrağımız önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələr, aidiyyəti işçilərə, həmçinin xüsusi rütbələr verilib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info